“Amnesty International” Navalnı ilə bağlı qərarını ləğv edib

“Amnesty International” təşkilatının rəsmi saytında bu barədə məlumat yoxdur.

Source: google.az


Təşkilat səbəb kimi siyasətçinin təşviqat videolarını göstərib

Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” rusiyalı müxalifət lideri Aleksey Navalnının vicdan məhbusu kimi tanınması qərarını ləğv edib.

Bu barədə Twitter-də jurnalist Aaron Meytte məlumat verib.

Jurnalistin yazdığına görə, təşkilat səbəb kimi Aleksey Navalnının keçmişdə “Rus yürüşlərində” iştirakını və ölkəyə mıqrant axınının qarşısının alınması haqqında yayımladığı təşviqat videolarını göstərib.

Lakin Navalnı daha sonralar siyasi xətt olaraq radikal sağdan uzaqlaşmışdı.

“Amnesty International” təşkilatının rəsmi saytında bu barədə məlumat yoxdur. Rusiya mətbuatı Aaron Meytte istinadən bu xəbəri tirajlayıb.

Aleksey Navalnı 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı zamanı, Krımın Rusiyanın parçası olduğu haqda fikirlər səsləndirib.

Yanvarın 17-də Moskvanın Şeremetyevo hava limanında saxlanmış müxalifətçi Aleksey Navalnı öncə 30 sutkalıq həbs edilib.

Yanvarın 23-də və 31-də Aleksey Navalnının tərəfdarları Rusiyanın bir çox şəhər və bölgələrində onun hüquqlarının müdafəsi məqsədilə icazəsiz kütləvi etiraz aksiyaları keçiriblər.

31 yanvar etirazları zamanı Rusiya boyu ümumilikdə 5,3 mindən çox insan polis tərəfindən saxlanılıb, paytaxt Mosvada da keçirilən aksiyalarda 1,8 min nəfər saxlanılıb.

Aleksey Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib.

Moskva Şəhər Məhkəməsi hökmü altı həftə azaldılmasına qərar verərək, Navalnının həbs müddətini 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirib.

Aleksey Navalnı 2014-cü ildə mənimsəmə ittihamı ilə şərti cəza almışdı.

Ana səhifəDünya“Amnesty International” Navalnı ilə bağlı qərarını ləğv edib