Türkmənistanda: Yeniyetmə cüdoçunun yarışı uduzmadığı üçün öldürüldüyü bildirilir

Türkmənistan insan haqlarının pozulması, etnik azlıqlara qarşı təzyiq olunması və azad medianın olmaması ilə pis şöhrət qazanıb.

Source: Specify Source


Valideynləri onun oğurlandığını, sonra döyüldüyünü deyir

Türkmənistanda 14 yaşlı cüdoçunun Mərkəzi Asiyada keçirilən turnirdə məğlubiyyətə uğradığını qəbul etmədiyinə görə öldürüldüyü iddia olunur.

Məlumatı Azad Avropa / Azadlıq Radiosunun Türkmənistan bürosu yayıb. Süleyman Tursunbayevin valideynləri bazar günü “YouTube”da yayımladıqları video vasitəsilə oğullarının turnirdə qalib gəldikdən qısa müddət sonra Baherden şəhərində qaçırıldığını, sonra huşunu itirənə qədər döyüldüyünü və bir neçə gün sonra xəstəxanada öldüyünü söyləyib.

matyakub_tursunbayev.jpg
Süleyman Tursunbayevin valideynləri

Müxalifət mövqeli “Türkmən” Xəbər Agentliyinin yaydığı məlumatda deyilir ki, Tursunbayev yerli hərbi məktəbdə təhsil alan rəqibinə qarşı yarışı qazanmaqdan imtina etməsi üçün turnir təşkilatçılarından sifariş alıb. O, bundan imtina edib. Turnir başa çatdıqdan sonra onun məşqçisi də döyülüb. Tursunbayevin valideynləri ölkə prezidentindən məsələnin araşdırılmasını istəyib. Xaricdəki müxalifət qrupları isə Tursunbayevin ölümünə etiraz olarak aksiya keçirməyi planlaşdırır.

Türkmənistan insan haqlarının pozulması, etnik azlıqlara qarşı təzyiq olunması və azad medianın olmaması ilə pis şöhrət qazanıb.

Ana səhifəDünyaTürkmənistanda: Yeniyetmə cüdoçunun yarışı uduzmadığı üçün öldürüldüyü bildirilir