Rövşən Ağayev: 2020-ci il banklar üçün ağır oldu

İqtisadçı deyir ki, 2020-ci ildə ölkənin ən böyük 5 bankı sektor üzrə aktivlərin 70, depozit portfelinin 76, mənfəətin isə 90 faizinə sahib olub.

Source: google.az


"Sektordakı 26 bankdan 14-ü kiçilib"

Ötən il Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün xalis mənfəəti 2019-cu illə müqayisədə çox olub.

Banklar Assosasiyasının yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, həmin 4 bank “Kapital Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “Paşa Bank”dır. Bu 4 bank içində isə mənffətini ən çox artıran “Kapital Bank”dır – 2,2 dəfə. Ən az artıran isə “Paşa Bank”dır – 29,5 faiz.

Yerdə qalan 16 bankın mənfəəti isə azalıb. Bunlar “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Ziraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “Premium Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Respublika”, “Bank Avrasiya”, “Rabitəbank” və “Günay Bank”dır.

Bunların içində mənfəəti ən az düşmüş bank “AFB Bank” – 13,7 faiz, ən çox itirmiş isə “Günay Bank”dır – 81,2 faiz.

İqtisadçı Rövşən Ağayev deyir ki, 2020-ci il bank sektoruna iqtisadi baxımdan çox ağır olub.

2020-ci ildə aktivlərin həcmi baxımından sektordakı 26 bankdan 14-ü kiçilib, 12-i isə böyüyüb: “Ən çox kiçilmə “AFB Bank”da olub – aktivlərinin həcmi 2 dəfəyə yaxın azalıb. Sonrakı sıralarda “RespublikaBank” (-26,8 faiz), “YeloBank” (-21,4 faiz), “Yapı Kredi Bank” (-18.8 faiz), “MuğanBank” (-10.6 faiz) olub. Ən çox böyüyən “NaxçıvanBank” (28,7 faiz) olub. Böyüyən bankların sonrakı sıralaması belə olub: “KapitalBank” (26,2 faiz), “BankVTB” (19 faiz), ZiraatBank (18 faiz), PaşaBank (15,6 faiz)”.

rovsen.jpg
Rövşən Ağayev

İqtisadçı deyir ki, 2020-ci ildə ölkənin ən böyük 5 bankı sektor üzrə aktivlərin 70, depozit portfelinin 76, mənfəətin isə 90 faizinə sahib olub. Hər 3 göstəricidə ilk 4 bank dəyişməz qalıb, dəyişən yalnız 5-ci sıra olub: “5-ci bank statusu mənfəətə görə, “Bank of Baku”ya, depozit portfilinə və aktivlərə görə isə “Bank Respublika”-ya məxsus olub”.

Rövşən Ağayev deyir ki, 26 bankdan 23-ü ili mənfəətlə başa vurub. Sektor üzrə mənfəətin həcmi 616 mln. manat olub. Bütün mənfəətin 90 faizi (555 mln. manatı) ilk 5-likdəki banklara aid olub. Bu banklara “Kapitalbank”, “Paşabank”, “Xalqbank”, “Beynəlxal Bank” və “Bank of Baku” daxildir: “Mənfəətlə işləyən 23 bankdan 18-i isə bütün yerdə qalan 10 faiz mənfəətə sahib çıxıblar. 2019-la müqayisədə 2020-də bank sektorunda mənfəət 131 mln. manat azalıb. 2019-da il mənfəətin həcminə görə ilk 3-lükdə yer alan “Unibank” ötən il ilk 5-likdən kənarda qalıb. Bununla belə, “Unibank” yenə də yüksək mənfəəti olan banklardan biri olmağı bacarıb”.

Bank sektorunda 49 mln. manata yaxın zərər yaranıb. Həmin zərərin təxminən 40 mln. manatı tək “Yelo Bank”ın hesabında olub”.

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra). Bunun nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib.

Nəticədə 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. 2020-ci ilin əvvəlindən isə dünyada neft təqribən üç dəfə ucuzlaşıb. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür. Bu səbəbdən bank sektoru da çətin vəziyyətlə üzləşib.

Ana səhifəİqtisadiyyatRövşən Ağayev: 2020-ci il banklar üçün ağır oldu