Azərbaycanda COVİD-19-dan 38 nəfər ölüb

Hazırda aktiv xəstə sayı 62 308 nəfərdir.

Source: Meydan TV


Yoluxma sayı 4124 olub

Dekabrın 17-də Azərbaycanda 38 nəfər COVİD-19 infeksiyasından ölüb. 4124 adam virusa yoluxub, 4205 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda indiyədək 191 460 nəfər yeni koronavirus infeksiyasına yoluxub:

“Onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 62 308 nəfərdir”.

Operativ qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, ötən müddətdə isə ümumilikdə 2 016 003 testin aparıldığı qeyd edilib.

Ana səhifəSosialAzərbaycanda COVİD-19-dan 38 nəfər ölüb