Bir gündə infeksiyaya yoluxma sayı 4268 oldu
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4268 yeni yoluxma faktı qeydə alınıb, 4085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 171 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 107 635 nəfər müalicə olunaraq sağalıb, 1 883 nəfər vəfat edib, aktiv xəstə sayı 61 905 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 378, ötən müddət ərzində isə ümumilikdə 1 938 244 test aparılıb.