3658 nəfərin sağaldığı bildirilir
Dekabrın 11-də Azərbaycanda 47 xəstə COVİD-19 infeksiyasından ölüb. Bu, Azərbaycanda panademiya dövründə rekord ölüm hadisəsidir.
Məlumatı yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 4381 adamın infeksiyaya yoluxduğunu, 3658 nəfərin müalicə olunaraq sağaldığını bildirib.
Operativ qərargah Azərbaycanda indiyə qədər 167 min 155 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:
“Onlardan 103 min 550 nəfər müalicə olunaraq sağalıb, 1840 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 61765 nəfərdir”.
Eyni zamanda, ötən müddətdə 1 milyon 918 min 866 testin aparıldığı qeyd olunub:
“Bugünkü test sayı isə 16282-dir”.