Azərbaycanda koronavirus: 4387 yeni yoluxma

“Bu günə olan test sayı 18 321-dir”.

Source: Архив


"38 xəstə ölüb, 3133 nəfər müalicə olunaraq evə buraxılıb"

Dekabrın 8-də Azərbaycanda 38 xəstə COVİD-19 infeksiyasından vəfat edib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə danışıb.

Yaqut Qarayeva deyib ki, Azərbaycanda yeni koronavirus infeksiyasına 4387 yeni yoluxma faktı qeydə alınıb, 3133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yaqut Qarayeva Azərbaycanda indiyə qədər 154 min 152 adamın COVİD-19 infeksiyasına yoluxduğunu xatırladıb.

“Onlardan 93 min 411 nəfər sağalıb, 1713 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 59028 nəfərdir”, – o bildirib.

Yaqut Qarayeva ümumi test sayının 1865512 olduğunu xatırladıb: “Bu günə olan test sayı 18 321-dir”.

Brifinqdə deyilib ki, yoluxma sayı çox olduğundan ölkədə yenidən sms-icazə sisteminə keçirilir.

Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.  Dekabrın 3-nə olan məlumata görə, dünyada 63,719,213 nəfər koronavirusa yoluxub. 1 milyon 500 mindən artıq adam virusdan həyatını itirib.

Ana səhifəSosialAzərbaycanda koronavirus: 4387 yeni yoluxma