Mirvari Qəhrəmanlı: Neftçilər konteynerdə ac-susuz qalıblar

Təşkilat sədri bildirib ki, SOCAR məsələdən xəbərdardır: «SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərlərinə bildirmək istəyirəm, “Abşeronneft”in işçilərini növbə dəyişməyə aparan gəmilər yarı yoldan qayıdıb.

Foto: SOCAR


“Karantindən yeni çıxdıqlarına görə onların evə getmələrinə icazə vermirlər, nə də otelə geri qaytarmırlar”

“Dekabrın 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Abşeronneft” Neft-Qazma Çıxarma İdarəsinin 80-a yaxın işçisi Qərbi Abşeron yatağının 57,10, 54, 48 və 120 saylı özüllərində növbə dəyişməli idi. İşçilər 8 gündür oteldə karantində saxlanılırdı. Səhər saat 11-də onları Dübəndi terminalına gətiriblər. Gündüz saat 3-də gəmilər limandan yola çıxıb. 2 saat yarım yol getməsinə baxmayaraq dənizin dalğalı olması səbəbindən növbə dəyişilməyib, gəmi geri qayıdıb. İşçiləri gəmidən düşürdülüb, Dübəndi terminalında konteynerə yerləşdiriliblər”.

Bu barədə Meydan TV-yə Nefçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, işçilərin gəmidə 1 aylıq ərzağı var. Karantindən yeni çıxdıqlarına görə onların evə getmələrinə icazə vermirlər, nə də otelə geri qaytarmırlar. Təşkilata daxil olan məlumatda deyilir ki, neftçilər ac-susuz qalıblar. Hər konteynerdə 40 nəfər saxlanılır.

«Neftçilərin yatmağa yerləri yoxdur, yeməklə təminat bərbad vəziyyətdədir. Onlar səhərə kimi bu vəziyyətdə qalıblar. Daha bir problem- gəmidəki ərzaqlar düzgün saxlanılmadığından xarab ola bilər. Üstəlik, karantində olmayan rəhbər işçilərdən neftçilərin yanına gələnlər var, heç kim onların COVİD-19 infeksiyasına yoluxmadığına təminat verə bilməz»,- M.Qəhrəmanlı söyləyib.

Мирвари Гахраманлы
Mirvari Qəhrəmanlı

Təşkilat sədri bildirib ki, SOCAR məsələdən xəbərdardır: «SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərlərinə bildirmək istəyirəm, “Abşeronneft”in işçilərini növbə dəyişməyə aparan gəmilər yarı yoldan qayıdıb. Qərbi Abşeronda olan 10 nömrəli platformada SOCAR AQŞ əməkdaşları və həmin platformalarda işləyən podratçı şirkətlər növbə dəyişiblər.

Necə ola bilr ki, SOCAR AQŞ əməkdaşlarını aparan «Xudafərin» gəmisi növbəsini dəyişə bilir, amma mədən işçilırini aparan PSK kapitanı platformaya yaxınlaşmayıb geri qayıdır? Halbuki bu işə bələd olanlar yaxşı bilirlər ki, PSK gəmisi ilə növbə dəyişmək «Xudafərin» gəmisindən daha əlverişlidir. O gəmi digərinə nisbətən çətin hava şəraitində daha rahat hərəkət edə bilir. Mədən işçilərinin yanında «Xudafərin» gəmisi növbəsini dəyişib. Özü də ikinci reys olub», – Qəhramanlı deyib.

Azərbaycan Dövlət Neft Şirkətindən Meydan TV-nin sualını cavablandırmaq istəməyiblər.

Ana səhifəSosialMirvari Qəhrəmanlı: Neftçilər konteynerdə ac-susuz qalıblar