Operativ Qərargah: "1995 nəfər müalicə olunaraq sağalıb"
Dekabrın 1-də Azərbaycanda 41 xəstə COVİD-19 infeksiyasından ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, 4426 adam yeni koronavirusa yoluxub, 1995 nəfər müalicə olunaraq sağalıb.
Operativ qərargah xatırladıb ki, Azərbaycanda indiyə qədər 125 602 nəfər yeni koronavirus infeksiyasına yoluxub: “Onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 47 272 nəfərdir”.
Eyni zamanda, sonn sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddətdə isə ümumilikdə 1 746 198 testin aparıldığı qeyd olunub.