Azərbaycanda daha 24 nəfər koronavirusun qurbanı oldu

“Onlardan 63 841 nəfər müalicə olunaraq sağalıb, 1131 pasiyent ölüb”

Source: Reuters


Bir gündə infeksiyaya yoluxma sayı 3196-dır

Noyabrın 22-də Azərbaycanda 24 xəstə yeni koronavirus infeksiyasından ölüb, 3196 adam infeksiyaya yoluxub, 1598 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yaylb.

Operativ Qərargah Azərbaycanda indiyədək ümumilikdə 93 094 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu açıqlayıb:

“Onlardan 63 841 nəfər müalicə olunaraq sağalıb, 1131 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 28 122 nəfərdir”.

Eyni zamanda, son sutkada 15 175, hazırkı dövrədək isə 1607 455 testin aparıldığı qeyd olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb. O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi. Həmin gündən sonra bu infeksiyaya yoluxanların sayı durmadan artır.

Hökumət vəziyyətdən çıxış yolunu karantin rejimini sərtləşdirməkdə görüb. Nazirlər Kabineti yanında Operativ Qərargah noyabrın 21-dən dekabrın 28-dək ölkə ərazisində sərt karantin rejimi tətbiq edilməsi haqqında qərar qəbul edib.

Ana səhifəSosialAzərbaycanda daha 24 nəfər koronavirusun qurbanı oldu