Azərbaycanda koronavirus: 2075 yeni yoluxma

İndiyədək ümumilikdə 79 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Source: Архив


20 xəstənin vəfat etdiyi bildirilir

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 20 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 79 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 56 894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21 259 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 213, ötən müddət ərzində isə ümumilikdə 1 536 434 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda koronavirus: 2075 yeni yoluxma