Azərbaycanda 1395 nəfər COVID-19 infeksiyasına yoluxub

Operativ qərargah Azərbaycanda indiyə qədər 77083 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib

Source: Foto: sosial şəbəkə


"605 nəfər evə buraxılıb, 18 xəstə ölüb"

Noyabrın 16-da Azərbaycanda 1395 adam COVID-19 infeksiyasına yoluxub, 605 nəfər müalicə olunaraq evə buraxılıb, 18 xəstə ölüb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 77083 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: “Onlardan 55755 nəfər müalicə olunaraq sağalıb, 985 pasiyent ölüb. hazırda aktiv xəstə sayı 20343 nəfərdir”.

O cümlədən, son sutkada 7137, hazırkı dövrədək isə 1523221 testin aparıldığı xatırlanıb.

Ana səhifəSosialAzərbaycanda 1395 nəfər COVID-19 infeksiyasına yoluxub