Ölkədə koronavirusa yoluxanların sayı 2 minə çatır
Noyabrın 14-də Azərbaycanda 19 xəstə COVİD-19 infeksiyasından ölüb, 1849 adam infeksiyaya yoluxub, 1048 nəfər müalicə olunaraq sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilib ki, Azərbaycanda indiyə qədər 73 min 429 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 54 min 49 nəfər müalicə olunaraq sağalıb, 946 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 18434 nəfərdir.
Eyni zamanda, ötən müddətdə 1 milyon 502 min 707 testin aparıldığı xatırlanıb:
“Bugünkü test sayı isə 13325-dir”.