Arxeoloq: İşğal olunmuş ərazilərdə memarlıq abidələri dağıdılıb

”Ermənistan ən geniş qazıntı işlərini Azıx mağarası düşərgəsində aparıb”.

Source: Specify Source


“Abidələrlə yanaşı, müsəlman dövrünün qoç başı fiqurları olan qəbristanlıqları da dağıdılıb”

“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz arxeoloji qazıntı işləri aparıb”.

Mədəniyyət Nazirliyinin məlumatında belə deyilir.

Məlumat

da bildirilir ki, Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntı zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri Ermənistana daşınaraq mənimsənilib.

Arxeoloq-alim Təvəkkül Əliyev Meydan TV-yə açıqlamasında deyib ki, Qarabağın dağlıq ərazisində, həmçinin ətraf rayonlarda qeydə alınan minlərlə memarlıq abidəsi dağıdılıb. Xüsusilə islam dövrünə aid abidələr məhv edilib:

“Abidələrlə yanaşı, müsəlman dövrünün qoç başı fiqurları olan qəbristanlıqları dağıdılıb. Bu qəbirlər əsasən, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçında çox geniş yayılıb. İşğal dövründə qalan məşhur abidələrimizdən biri də Qaraköpək təpə abidəsidir. Abidə Füzuli şəhərinin girəcəyində yerləşir. İşğaldan azad olunandan sonra yayılan görüntülərdə nəhəng təpəni görmək olur. Ermənistan ən geniş qazıntı işlərini Azıx mağarası düşərgəsində aparıb. İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez Xalvonun rəhbərlik etdiyi qrup ermənilərlə, həmçinin Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryusla birgə Azıx mağarasında 15 il ərzində qanunsuz qazıntı işləri aparıb. 2001-ci ildən 2016-cı ilədək davam edən qazıntı bu ərazilərin Ermənistana məxsus olmasını sübut etmək idi. Qazıntıları dünayada tanıtmaq, Artsaxın elmi nailiyyəti kimi qələmə vermək üçün dünyanın müxtəlif ölkələrindən tələbələri, dissertantları, hətta jurnalistləri belə qrupa dəvət edirdilər ki, gəlib, qazıntılarda iştirak etsinlər. Tapıntıların bir hissəsi Ermənistana, bəziləri isə analiz üçün xaricə daşındı”.

image_from_ios (11).jpg
Təvəkkül Əliyev

Təvəkkül Əliyev deyib ki, ermənilərin tədqiqatlarının nəticəsi paleontoloq-alim Məmmədəli Hüseynovun apardığı tədqiqatla (1968-1987) üst-üstə düşüb:

“Alimimizin apardığı tədqiqatlardan artıq heç nə deyə bilmədilər. Azıxantrop artıq dünyaya məlum idi. Amma bunlar ideoloji mübarizə nöqteyi nəzərindən, özlərini dünyaya tanıtmaq baxımından sanki bu abidələri Azərbaycan tərəfi öyrənməyib, bunlar tədqiq ediblər kimi göstərirdilər. Ermənilər 15 il ərzində apardıqları qazıntılar nəticəsində təxminən üç yüz min əvvələ aid olan ayı dişi tapmışdılar. Elə bunu hallandırırlar ki, belə bir qiymətli tapıntı var. Azıx mağarasında Məmmədədli Hüseynovun rəhbərliyi ilə paleolit arxeoloji ekspedisiyası əsaslı tədqiqat (1968-1987) işləri aparıb. Qazıntılar zamanı Azıxda təxminən 1,2 milyon il əvvəldən başlayaraq həyat olduğu ortaya çıxıb. 26-27 il aparılan ardıcıl işlərin nəticəsi dünyanın müxtəlif ölkələrinin iri nəşrlərində çap edilib. Sovetlər dövründə iyirmi cildlik “Археология СССР” kitab seriyasının bir cildi paleolit dövrünə həsr olunub. Həmin cildin materiallarının əksəriyyəti Azərbaycanın maddi-mədəniyyət abidəsi olan Azıx tapıntıları haqqındadır”.

Alimin dediyinə görə, Azıx mağarası ilə yanaşı, əsas tədqiqat obyektləri Xocavənd rayonun Sos kəndindəki qala divarları olub. Həmçinin Şuşa kurqanlarında da qazıntı aparılıb:

“Hamlet Petrosyanın başçılığı ilə Ağdam rayonunun ərazisində Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasının ətrafında on ilə yaxın qazıntı aparılıb. Hətta qala ətrafında özlərinin mifik bir şəhərlərinin qalıqlarını tapmışdılar. Orada muzey yaradaraq turizm xəttinə salmışdılar, eksponatları orada nümayiş etdirirdilər. Dünyanın müxtəlif yerlərində yaşayan erməniləri, həmçinin bir çox mütəxəssisi ora dəvət edirdilər. Təəssüf ki, sovetlər dönəmində Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda qazıntı işləri aparılmayıb. Daha doğrusu, ayrı-ayrı, qısamüddətli səfərlər zamanı bəzi abidələr tədqiq olunub. Mən o zaman Zəngilan rayonunda yerləşən Şəhri Şərifan abidəsinin tədqiqatlarında iştirak etmişəm. Həmin ərazilər sovetlər birliyi dağılandan, biz müstəqilliyimizi əldə edəndən az sonra işğal olundu. 1978-79-cu illərdə “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının tikintisi zamanı arxeoloji kəşfiyyat işləri aparılaraq, bəzi abidələr öyrənilmişdi. Amma bütünlükdə həmin rayonlarda vaxtilə aparılan arxeoloji qazıntıları, tədqiqatları qənaətbəxş hesab etmək olmaz”.

Untitled design (1).png
Alimin dediyinə görə, Azıx mağarası ilə yanaşı, əsas tədqiqat obyektləri Xocavənd rayonun Sos kəndindəki qala divarları olub

1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın İkinci Protokolun 9-cu bəndi işğalçı tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi, elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi, qarşısının alması kimi öhdəlikləri təsbit edir. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur.

Ana səhifəMədəniyyətArxeoloq: İşğal olunmuş ərazilərdə memarlıq abidələri dağıdılıb