“Qarabağ” bu dəfə də məğlub oldu

Ermənistanla Azərbaycan arasında Qarabağda davam edən müharibə səbəbindən, Azərbaycan klubu Avroliqada ev oyunlarını neytral meydanda – Türkiyədə keçirir.

Source: Specify Source


Klub üçüncü məğlubiyyətdən sonra 0 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb

Noyabrın 5-də futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” klubu da növbəti oyuna çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yer aldığı İ qrupu çərçivəsində səfərdə Türkiyənin “Sivasspor” komandası ilə qarşılaşıb.

“Yeni Sivas 4 Eylül” stadionunda keçirilən qarşılaşma koronavirus pandemiyası səbəbindən azarkeşlərin iştirakı olmadan baş tutub. Avropa Liqasının qrup mərhələsinin əvvəlki iki oyununda İsrailin “Makkabi” və İspaniyanın “Vilyarreal” komandalarına uduzan "Qarabağ" bu dəfə də meydanı məğlubiyyətlə tərk edib. "Sivasspor" hər hissədə bir qol vuraraq, 2:0 hesablı qələbə qazanıb.

"Qarabağ" üçüncü məğlubiyyətdən sonra 0 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. Ağdam təmsilçisi Avropa Liqasında növbəti oyununu da "Sivasspor"a qarşı keçirəcək. Noyabrın 26-dakı görüş də Türkiyədə olacaq.

Ermənistanla Azərbaycan arasında Qarabağda davam edən müharibə səbəbindən, Azərbaycan klubu Avroliqada ev oyunlarını neytral meydanda – Türkiyədə keçirir.

Ana səhifəSosial“Qarabağ” bu dəfə də məğlub oldu