Azərbaycanda koronavirus: 1242 yoluxma

“Hazırda aktiv xəstə sayı 12484 nəfərdir”.

Source: Reuters


"15 xəstə COVİD-19 infeksiyasından ölüb"

Noyabrın 3-də Azərbaycanda 15 xəstə COVİD-19 infeksiyasından ölüb, 1242 adam infeksiyaya yoluxub, 551 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 58 min 282 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb: “Onlardan 45 min 30 nəfər müalicə olunaraq sağalıb, 768 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 12484 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 379 min 779 testin aparıldığı vurğulanıb: “Bugünkü test sayı isə 11159-dur”.

Ana səhifəSosialAzərbaycanda koronavirus: 1242 yoluxma