İki nəfər həyatını itirdi
Oktyabrın 17-də Azərbaycanda 528 adam COVID-19 infeksiyasına yoluxub, 103 nəfər müalicə olunaraq sağalıb, 2 xəstə ölüb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yaylb.
Operativ Qərargah Azərbaycanda indiyədək 44 317 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 39 903 nəfər müalicə olunaraq sağalıb, 623 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3 791 nəfərdir”.
Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 133, ötən müddət ərzində isə ümumilikdə 1 218 935 testin aparıldığı xatırlanıb.