Azərbaycanda bir gündə 509 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

“Hazırda aktiv xəstə sayı 3368 nəfərdir”.

Source: Reuters


129 nəfərin sağaldığı bildirilir

Oktyabrın 16-da Azərbaycanda 509 adam COVİD-19 infeksiyasına yoluxub, 129 nəfər sağalıb, 2 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 43 min 789 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 39 min 800 nəfər müalicə olunaraq sağalıb, 621 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3368 nəfərdir”.

O cümlədən, ötən müddətdə 1 milyon 209 min 802 testin aparıldığı qeyd olunub: “Bugünkü test sayı isə 7878-dir”.

Ana səhifəSosialAzərbaycanda bir gündə 509 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü