Daha 106 nəfərin sağaldığı bildirilir
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə,
106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda indiyədək ümumilikdə 41752 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib, aktiv xəstə sayı 1909 nəfərdir.
Ölkədə son sutka ərzində 7594, hazırkı dövrədək isə 1169656 test aparılıb.