126 nəfər müalicə olunaraq sağalıb
Oktyabrın 6-da Azərbaycanda 143 adam COVID-19 infeksiyasına yoluxub, 126 nəfər müalicə olunaraq sağalıb, 2 xəstə ölüb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Operativ qərargah Azərbaycanda indiyə qədər 40 931 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 38 713 nəfər müalicə olunaraq sağalıb, 600 pasient ölüb. Hazırda aktiv xəstə sayı 1 618 nəfərdir".
Eyni zamanda, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 203, ötən müddət ərzində isə ümumilikdə 1 145 397 testin aparıldığı xatırlanıb.