Putinin qızı koronavirus peyvəndini öz üzərində sınaqdan keçirib

Rusiyanın dövlət başçısı daha əvvəl koronavrus əleyhinə ilk peyvəndin qeydiyyata alındığını elan etmişdi.

Source: Ria novosti


Prezident deyib ki, qızının hərarəti yüksək olub

Rusiya prezidenti Vladimir Putinin qızı koronavirus peyvəndini öz üzərində sınaqdan keçirib. “RİA Novosti”nin xəbərinə görə, bu barədə Rusiyanın dövlət başçısı bildirib.

“Mənim qızlarımdan biri özünə bu peyvənddən etdirib. O, bu mənada təcrübədə iştirak edib”, – Putin COVID-19 əleyhinə ilk Rusiya peyvəndinin dövlət qeydiyyatına alınmasının elan olunduğu hökumət müşavirəsində söyləyib.

Rusiya prezidenti həmçinin əlavə edib ki, ilk peyvənddən sonra onun qızının hərarəti 38 dərəcə, “sonrakı gün isə 37 dərəcədən bir qədər yuxarı olub”.

Rusiyanın dövlət başçısı daha əvvəl koronavrus əleyhinə ilk peyvəndin qeydiyyata alındığını elan etmişdi. Putinin sözlərinə görə, Rusiya dünyada bu preparatı qeydiyyata alan ilk dövlətdir. Rusiyanın Səhiyyə naziri Mixail Muraşko peyvəndin yüksək effektivliyə və təhlükəsizliyə malik olduğunu bildirib.

Ana səhifəDünyaPutinin qızı koronavirus peyvəndini öz üzərində sınaqdan keçirib