İbadulla Ağayevin qardaşı koronavirusdan ölüb

Tibbi Ərazi Bolmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat almaq mümkün olmayıb.

Source: Specify Source


Universitet müəlliminin həyatını xilas edə bilməyiblər

Azərbaycan Tibb Universitetinin professoru, epidemioloq İbadulla Ağayevin qardaşı koronavirusdan həyatını itirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Umumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (UNEC) tabeliyində fəaliyyət göstərən "Xarici-dillər"kadedrasının baş müəllimi Əlifağa Əliağa öğlu Ağayev iyulun 30-da müalicə olunduğu 1 saylı Klinik Tibbi Mərkəzdə (Semaşko kimi tanınır) vəfat edib.

Məlumatı Meydan TV-yə klinikadan təsdiqləyiblər. Bildiriblər ki, 1959-cu il təvəllüdlü Ə.Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Tibbi Ərazi Bolmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat almaq mümkün olmayıb. Azərbaycandakı hakimiyyətyönümlü mediaya tanınmış şəxslərin COVİD 19-a yoluxması və ya bu səbəbdən ölümü haqda yazmaq qadağası qoyulduğu bildirilir.

Mərhumun qardaşı İbadulla Ağayev bu günlərdə baş epidemioloq vəzifəsindən istefa verdiyini açıqlamışdı. O, tez-tez koronavirusla bağlı açıqlamaları ilə gündəmə gəlir.

Ana səhifəSosialİbadulla Ağayevin qardaşı koronavirusdan ölüb