Almaniya səyahət qadağasını avqustun 31-dək uzatdı

Qərar hökumət kabinetinin növbəti iclasında təsdiqlənib

Source: arxiv


Qərar hökumət kabinetinin növbəti iclasında təsdiqlənib

Almaniya qeyri-Avropa ölkələri üçün səyahət qadağasını avqustun 31-dək uzadıb. İyunun 10-da Almaniyanın Nazirlər Kabineti bu qərarı verib.

DW xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğanın öz ölkəsinin istisna hal kimi götürülməsi üçün Merkellə görüşə bilər.

Almaniya Avropa İttifaqı ölkələrinə, o cümlədən Britaniya, İslandiya, Norveç, Lixtenşeyn və İsveçrəyə qoyulmuş qadağaları 15 iyundan etibarən qaldırır. Bu ölkələrdə geniş karantin rejimi yoxdur.

Bu, qeyd edilən bölgələr üçün xüsusi səyahət tövsiyələri hazırlanacağına yol açacaq, – “Reuters” bildirir.

Xarici işlər naziri Hayko Maas (Heiko Maas) keçən həftə almanları, turistlər üçün 14 günlük karantin mövcud olduğu müddətdə xüsusilə zəruri olmadığı təqdirdə Böyük Britaniyaya getməməyə çağırmışdı.

Ana səhifə ▸ Dünya ▸ Almaniya səyahət qadağasını avqustun 31-dək uzatdı