30 nəfər müalicə olunaraq evə buraxılıb
Mayın 3-də Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq evə buraxılıb.
Bu barədə
Nazirlər Kabineti
yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, hazırda Azərbaycanda 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər ölüb, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Eyni zamanda, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157.932 testin aparıldığı qeyd olunub.