İqtisadçı: Manatın devalvasiyası qaçılmazdır

“Sadəcə zamana bağlı məsələdir”.

Source: google.az


“Valyuta və depozit bazarlarında baş verənlər pul-kredit siyasətinə bütün parametrlər üzrə mənfi təsir göstərir”


Dünya birjaları

nda xam neftin qiyməti son 17 ilin minimumuna düşüb.

Qiymətin bu qədər enməsinin səbəbini koronavirusa görə artan tənəzzül təhlükəsi ilə əlaqələndirirlər.

Hazırda “Light” markalı neftin bir bareli Nyu-Yorkun NYMEX birjasında 25,95 dollara satılır. Bu, 2003-cü ilin may ayından bəri ən aşağı səviyyədir.

“Brent” neftinin bir bareli Londonun ICE birjasında 28,18 dollaradır.

İqtisadçı Qubad İbadoğlu deyir ki, neftin qiymətinin ucuzlaşması səbəbindən yalnız martın 17 günündə valyuta bazarında 1,85 milyard dollaradək vəsait satışa çıxarılıb. Bu, kifayət qədər böyük rəqəmdir:

“Buna baxmayaraq, Mərkəzi Bank və Dövlət Neft Fondu yenə də havaya güllə atmaqla məşğuldur. Azərbaycan neftinin qiyməti 28 dollaradək ucuzlaşıb. Halbuki bu ilin ilk 2 ayında Azərbaycan neftinin orta qiyməti 60 dollar olmuşdu. Hazırkı qiymət əvvəlki iki ayın orta göstəricisindən 2 dəfədən də çox aşağıdır. Görünür, bu da son hədd deyil. Çox güman ki, koronavirusun aktiv olduğu yaxın gələcəkdə də xammal bazarında ucuzlaşma, səhm bazarında isə dəyərsizləşmə davamlı olacaq”.

İqtisadçı deyir ki, Azərbaycan neftinin orta qiyməti 40 dollardan aşağı olarsa, tədiyə balansının cari hesabında kəsir yaranacaq. Onun hesablamaları bunu göstərir:

“Bu, o deməkdir ki, manatın məzənnəsini sabit saxlamaq üçün Dövlət Neft Fondunun bu il üçün satışını proqnozlaşdırdığı 6,8 milyard dollar bazarın tələbini ödəməyəcək. Çünki yalnız bu ayın 17 günündə hər iki mənbədən valyuta bazarına satışa 1,85 milyard dollar çıxarılıb. Bu isə o deməkdir ki, həm Mərkəzi Bankın, həm də Neft Fonunun aktivləri azalmağa başlayıb”.

Qubad İbadoğlunun sözlərinə görə, bundan sonra da ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları hesabına bazara əlavə valyuta çıxarılmalıdır ki, manat ABŞ dollarına nəzərən hazırkı məzənnəsində sabit qalsın:

“Valyuta bazarında artan tələbatın Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına ödəmək obrazlı şəkildə desək, havaya boş yerə güllə atmağa bənzəyir. Hazırda valyuta və depozit bazarlarında baş verənlər pul-kredit siyasətinə bütün parametrlər üzrə mənfi təsir göstərir. Hələ ki, baş verənlərdən qazanan yoxdur. Yeganə uduş odur ki, manatını dollara çevirənlər yığımlarının dəyərsizləşməsi riskindən sığortalana biliblər. Banklardakı manatla əmanətlərini geri çəkib, bu əməliyyatı aparanların isə əksinə, ziyanları yaranır. Çünki belələri bundan sonra əvvəlki kimi əmanətlərə görə sabit və yüksək faiz gəlirlərinə malik olmayacaqlar”.

78309566_10218390598228031_2732151013359222784_n.jpg
Qubad İbadoğlu

Bundan əlavə, iqtisadçı deyir ki, dəyişikliklər bəzi bankların bağlanmasına da gətirib çıxaracaq. Bütün bu baş verənlərə görə məsuliyyət hökumət və Mərkəzi Bankın üzərinə düşür:

“Müstəqil iqtisadi, fiskal, pul-kredit siyasəti yürütməyimizdən 28 il ötməsinə baxmayaraq, hələ də sovet dövründəki kimi inzibati tənzimləmə vasitələrindən və resurslarından istifadə edirik. Son 30 ilin ən böyük itkisi Azərbaycanın bazar iqtisadiyyatına keçidi başa çatdırmaması, azad bazar qüvvələrinin və sağlam rəqabət institutlarının iştirakı ilə özünütənzimləyən iqtisadi sistem qura bilməməsidir”.

Qubad İbadoğlu sonda bildirir ki, məhz bütün bunlara görə də baş verən xarici şoklardan yaranan təsirlər Azərbaycan iqtisadiyyatının xərclərini artırır:

“Odur ki, manatın devalvasiyası qaçılmazdır. Sadəcə zamana bağlı məsələdir”.

Neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barel, martın əvvəlində isə 50 dollar/bareldən çox olub. Ötən həftənin əvvəlində “Brent”in qiyməti təxminən 30 faiz azalaraq 31 dollar/barrelə enib.

Azərbaycanın 2020-ci ilin büdcəsində neftin bir barrelinin qiyməti isə 55 dollardan hesablanıb.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Manatın devalvasiyası qaçılmazdır