İstehlakımız mədəniyyətimizdir

Problem orasındadır ki, insan məhsulları ətrafımızı həqiqətən doldurub

Source: Google

Fransızdilli sosiologiyanın sezdiyim ən gözəl xüsusiyyətlərindən biri yazdıqları fikirlərdə incəliyin olmasıdır, cəmiyyətin izahında incə məqamlara, nazik nöqtələrə toxunurlar. Bu, məsələn alman, türk, rus kimi mədəni kateqoriyalardan fərqlənir.

Nəsə bu mədəniyyətin məhsulundan oxusan, hiss edirsən ki, sevgi bağlantısı, həyatla barışmaq həyəcanı və hissi ötmür, o bağlantının xırda ucu qalır, bəlkə də izah olunmamış şəkildə, anlanılmamış, dərk edilməmiş, lakin həmin o dərk olunmaz üç nöqtə ucunu qoyurlar. Çünki dünyanın həm anarxiyası var, həm də qanunu və quruluşu.

Alman sosiologiyası, insanlarının davranışı kimi qabadır, “primitivdir”, elə türklər də belədir, rusları da buraya qatıram. Fransızların, roman xalqlarının, yəni italyanların, avstriyalıların (avstriyalılar almanca danışsalar da, mədəniyyətcə, romandırlar, frankofondular) dili də, musiqisi də nəsə ilahilik ifadə edir. Çox qəribədir ki, insanlar hansısa incəsənət əsərini yaradanda, yəni yaradanın işini görəndə, məhz insanın əllərinin və zəkasının fəhm edə bilmədiyi nöqtəyə çatanda, ilahilik, bir növü Allahın da bu işə “əl qatması” ilə o yaranmışa valeh olur, onu gözəl, heyrətamız, uca, möhtəşəm adlandırırlar. Başqa, məsələn, telefona, evə, istifadə etdiyimiz gündəlik məişət əşyasında bu “gözəldir!” kəlməsindən istifadə etmirik. İlahi əlin dəstəyi məsələsini Herman Hessenin Nartsiss və Goldmund romanında oxumuşdum.

Təzəlikcə, Mişel Ulebekin müsahibəsini (Michel Houellebecq Interview: Writing Is like Cultivating Parasites in

Your Brain

dinləyirdim, onun da çox dərin bədii əsərləri var, ki ona cəmiyyət kritiki adını qazandırıbdır və bir xeyli vaxt, məncə, iki onillik keçdi ki, Avropa həqiqətən qəbul etsin ki, yeni bir həqiqi yazar dünyaya gəlib.

Orada ona bir sual verirlər ki, sən niyə vaxtilə katolik kilsəsinə gedirdin, axı sən ateistsən? – o da cavabında deyir ki, mən kollektiv şövqdən, entuziazmdan həzz alıram, fərd kimi Allaha inanımıram. Nəsə, bu, onun sonrakı maraqlı mülahizəsinin başlanğıcı olur. Deyir ki, təxminən belə, insanlar kənddə olanda, – bunu misal üçün Fransada çoxu edir, – orada təbiətin gözəlliyini görüb, onun arxasında bir yaradıcı təşkilatçının mövcudluğu fikrinə gəlirlər, şəhərdə olanların ətrafı isə tam bütöv insan məhsullarıdır, insan yaradıcı

sız

lığıdır.

Problem orasındadır ki, insan məhsulları ətrafımızı həqiqətən doldurub, onların sayı

N

qədərdir və lazımsızlıqlarını hər birimiz hiss edirik. Yalnız bir qrup kateqoriyalı eynicinsli maşınlar, onların işıqları, nə bilim sükanı, sürət dəstəyi, göz yoran hissələr və s. Və ya qutu kimi evlər, televizorlar, komplar, qır asfaltlar ki, günəşin qızmarında bərq vurur və Bakının hər yerinə təpiblər – o Formula 1 yarışlarından ağlıma hopan maşın təkərlərinin qıra qarışmış rəngidir. Yuxarıdakıların qir qara rəngdən deyəsən xoşları gəlir, yəqin dünyaları özləri kimi qaradır və ya tam qırmızı.

Və ya “shopping mall”lar, nə bilim “28 Mall”, “Gənclik Mall”, birini də təzə tikiblər, eynicinsli istehlak məhsulları hər yerdə. Elə indicə bu barədə hələ 70-lərdə “İstehlak cəmiyyəti” kitabını yazmış Bodiryardan oxuyuram ( Jean Baudrillard (1970/1998) The Consumer Society: Myths and Structures, Sage Publications). Adam deyir ki, insanlar istehlak etmirlər, “istehlakın istehlakını” edirlər, yəni məsələn, geyim soyuqdan və istidən qorunmaq məqsədilə yox, göstərmək, gözə dürtmək məqsədli “marka” məhsullarını seçə bilmək kimi, zövq (əslində isə zövqsüz) imitasiyası, yalançı alicənablığını törədir.

Bütün bu hər dəfə təkrarlanan rəmzlər, markalar, istehlak etdiklərimiz özü bizi əsirə çevirən, insan iradəsindən, istəyindən kənarlaşmış böyük “istehlak” adlı əcinəyə, monstra, struktura, obyektə çevrilir. İnsanlar məhsulları istehlak etmirlər, onları yemirlər, onların yaratdığı mədəniyyətin maddıləşmiş əmtəələrini həzm etmirlər, mədəniyyətin özünün əmtəəyə çevrilməsnin baiskarı olurlar. “Shopping mall”-ların əsas xüsusiyyəti nədir, onlara daxil olub, həyat üçün lazım olandan daha çox lazım olmayan hər şeyi tapa bilərsən, hər şey daxil, həm kinosu var, həm uşaq da gedir başını qatır. Mallardan zəhləm gedir, ancaq məcbursan oraya gedib

ümumxalq həzm və ifrazın

bir hissəsi olasan.

Belə maddiyyatdan əsir olmaq halları çoxdur, “telefon xəstəsi” kimi ifadələr var, “maşın xəstəsidir” kimi də. Xəstə sözünü havayı yerdən işlətmirlər, sağlamlığına ziyan vurana və ya imkan yaradana xəstə deyərlər. Məsələn, ağlıma televizorun pultu gəldi, o mənada ki, insan özünü istehsal etdiyinin və ya biz, müti istehlakçılar üçün yaradılmış, ən sonda müştərinin cibləri üçün soyğunçü mahiyyətli əşyaların əsirinə çevirir. Uzaqdan idarəetməni adamlar çox vaxt hansısa verilişə baxmaq üçün deyil, barmaq vərdişi kimi, barmaq boş oturmasın deyə, ora bura çevirmək üçün istifadə edirlər. Çox adamda, eləcə də özümdə bunu müşahidə etmişəm. Belə çıxır ki, son məqamda insan o düymənin basılması üçün nəzərdə tutulmuş texniki funksiyadan başqa şey deyildir­, – əyləncənin texnika ilə mənalaşması – Freydin dediyi yaşamaq instinktinin ölümü ertələmək əvəzində (Herbert Markuze bunu qeyd edir. Herbert Marcuse (1987) Eros and Civilisation: A Philosophical Inquiry into Freud, Ark Paperbacks) ömür vaxtını, həyat zamanını məhv etməkdir.

Bundan artıq insanın fərdsizləşməsi, texnikaya, cihaza dönməsi ola bilməz. Bu, artıq sondur, insanlığın sonu, sevginin sonu, çünki insan belə “istehlakçılığa” qurşana-qurşana, müştəriləşə-müştəriləşə həyatın və ilahinin bəxş etdiyi ən gözəl neməti, həyat anını, o gözlənilməzliyi, o dərk edilməyən, spontan baş verənə, valeh olub gözəldir deyə biləcəyi sevgini itirir.

Gürcüstanın Meqreli əyalətində qalan zamanlarda, ən xoşladığım gündəlik fəaliyyətlərdən biri, bazara getmək idi. Bazar açıq havadır, danışmaqdır, məzələnməkdir, kef tutmaqdır, öyrənməkdir, həyat dərsidir, mədəni bir prosesdir. Bazara gedəndə hərdən bir iki gürcü sözləri istifadə edərdim, ramdeni kilo, tevzi filan. Belə belə insanlarla ünsiyyət qazanırdım, həm əhvalım xoş olurdu, həm də sevgi bol idi, təbiətin bəxş etdiyi nemətlər, dadlar, forma və şəkillər, insan dərrakəsində gözəllik nümunələri yaratdığındanmı bəlkə?!

Mən qorxuram bizim dünyanın və bizim əlahiddə Azərbaycan cəmiyyətinin inkişafından, qorxuram ki, bizi buxovlayan bu hakimiyyət adını çağırmaqla, adını ifadə edə bilməkdən daha böyük mahiyyətdir və bu, bizi hər yerdə ovlayır, qovur və aludə edir. Onun arxasında dünyanın istehsal və istehlak maşını durur.

O

– nun aludəçisinə çevrilməmək çətindir, son halda lap keyfimizə, əyləncəmizə də əl qata bilibdir. O, insanların ünsiyyətini şoppinq mall divarları ilə ayırır, onların zövqlərini maddiləşdirib əllərindən alır.

Sonda yuxarıdakı fransız sosiologiyasından misal gətirim. Məsələn, alman Marks deyəcəkdi ki, bunlar hamısının bir izahı var, o da istehsal münasıbətləridir, onların bəlasıdır, nə bilim necə olursansa, elə də düşünürsən. Fransız postmodernistlər xırdalıqları, heysiyyatı, diffuz kateqoriyaları, ümumidən fərdliliyə keçən məqamları boş qoymazdılar.

Ana səhifəSosialİstehlakımız mədəniyyətimizdir