İlham Əliyevin qeyri-standart müsahibəsi

Bu ziddiyyət həm daxili, həm də xarici siyasətdə əksini tapacaq, bu da nəticə olaraq daxili və xarici təzyiq amilləri şəraitində zəif sabitliyi təmin edəcək.

Source: Foto: Azərtac

58-ci ad günü ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev dövlət KİV-lərinə müsahibə verib.

Görüş tarixi – 23 dekabr və jurnalistlərlə ünsiyyət formatı özü dövlət başçısının 15 illik təcrübəsində yeni idi. Adətən Əliyev yerli mətbuat üçün bu qədər açıq deyildi. Yəqin ki, bu faktı idarəetmə sistemindəki son dəyişikliklər kontekstinə daxil etmək olar. Prezident bu müsahibəsində həmin dəyişiklikləri institusional islahatlar və kadr islahatları kimi təqdim edib.

Prezident daxili siyasətlə bağlı bu dəyişikliklərə xüsusi diqqət yetirib, onları təkcə kadr cəhətdən deyil, dünyagörüşü cəhətdən də gəncləşmə kimi qeyd edib.

Əliyevə görə, yeni təfəkkürlü insanlarla kadr dəyişiklikləri hakimiyyət fəlsəfəsinin özünü dəyişdirməli və onu 21-ci əsrin tələblərinə uyğunlaşdırmalıdır. Amma elə həmin gün keçirilən qeyri-demokratik bələdiyyə seçkiləri müasir təfəkkürün hələ də dövlət quruculuğu sisteminə nüfuz etmədiyini, avtoritar təfəkkürün ölkədəki hadisələrə neqativ təsir göstərməkdə davam etdiyini göstərdi.

Prezident gələn il kadr təmizliklərinin və sistemdə islahatların davam edəcəyini anons edib, gələn ilin fevralında seçkiləri keçiriləcək parlamentin kadr tərkibinin dəyişməsini də buraya aid edib. Amma keçirilən bələdiyyə seçkilərinin qeyri-demokratik mesajı göstərir ki, kadr fasadı istisna olmaqla, parlamentin rolunda islahatlar gözləməyə dəyməz.

Ümumilikdə Əliyevin müsahibəsi onun Azərbaycanın qapısını döyən dəyişikliklərin zərurət olduğunu başa düşdüyünü, amma özünün daxilən ölkəni bürüyən, prezidenti struktur və kadr dəyişikliklərinə təşviq edən böhranın səbəb və nəticələri barədə yenidən düşünməyə hazır olmadığını göstərir. Müxalifətin ünvanına həmişəki tikanlı replikalar və səhnəyə yeni müxalifətin çıxması zərurəti haqqında fikir bunu göstərib.

Amma o özü yad edilməsinin belə gücünü göstərdiyi klassik müxalifətlə nə etmək lazım olduğunu və yeni müxalifəti kimin – zamanın, yoxsa hakimiyyətin yaradacağını deməyib. Söhbətin ikincidən getdiyini düşünmək olar, belə ki, birinci halda hakimiyyət heç vaxt zamana ayaq uydurmazdı.

Azərbaycan üçün xarici siyasət məkanında da zaman donub. Prezident Şərqlə bağlı ÜTT-ün şəxsində beynəlxalq inteqrasiya və Şərq Tərəfdaşlığı çərçivəsində Avropa məkanının genişləndirilməsi hadisələrini sürətləndirməyi planlaşdırmadığına eyham edib. Bu, əvvəllər də olduğu kimi, dövlət maraqlarının, milli maraqların və daxili bazarın Avropa dəyərlərindən, mal və xidmətlərindən qorunması zərurəti ilə əsaslandırılıb. Bu da prezidentdən sitatlar:


"Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında – təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır".


"Avrointeqrasiya haqqında artıq bəzi dairələrdə çox danışılır. Ancaq əsas məsələ ondadır ki, Avrointeqrasiya deyəndə nəyi nəzərdə tuturlar. Mən hesab edirəm ki, biz artıq Avrointeqrasiya istiqamətində öz addımlarımızı atmışıq və gələcək addımlara həm ehtiyac yoxdur, həm də o addımlar nəticəsiz olacaq".

Qeyri-standart müsahibədən göründüyü kimi, 2020-ci il siyasi nöqteyi-nəzərdən dəyişikliklər zərurəti və onların tezliklə həyata keçirilməsi istəyinin olmaması arasında ziddiyyətlər kontekstində standart şəkildə inkişaf edəcək. Bu ziddiyyət həm daxili, həm də xarici siyasətdə əksini tapacaq, bu da nəticə olaraq daxili və xarici təzyiq amilləri şəraitində zəif sabitliyi təmin edəcək.

Ana səhifəSiyasətİlham Əliyevin qeyri-standart müsahibəsi