Əliyevin qızlarına məxsus şirkətə “Pilatus” hesabından 15 milyon avro köçürülüb

Detallar Dafne Karuana Qalizianın (Daphne Caruana Galizia) araşdırmasında ortaya çıxıb.

Source: Foto: arxiv


Transferlərin 2015-ci ilin sentyabrından 2016-cı ilin mart ayına qədər davam etdiyi bildirilir

“Azərbaycanın diktatoru İlham Əliyevin qızları hazırda bağlanmış “Pilatus Bank”dakı hesabından 14.9 milyon avro məbləğini Dubayda yerləşən “Palma Consulting” DMCC şirkətinə üç ayrı əməliyyatda köçürüb”, – “

Malta Today

” xəbər verir.

Transferlərin 2015-ci ilin sentyabrından 2016-cı ilin mart ayına qədər davam etdiyi bildirilir.

Transferlər “Pilatus” bankında dörd hesabı olan “Sahra FZCO”-nun hesabından həyata keçirilib.

Şirkətin İlham Əliyevin qızları Arzu və Leyla Əliyevaya məxsus olduğu bildirilir.

“Sahra FZCO” sahiblərinin daşınmaz əmlakını saxlamaq üçün Birləşmiş Ərəb Əmirliklərində qurulmuş şirkətdir. “Sofitel Dubai Palm Resort”, “Spa” və “Yassat Gloria Hotel” mənzilləri şirkətin sərvət mənbəyi kimi göstərilib.

Detallar Dafne Karuana Qalizianın (Daphne Caruana Galizia) araşdırmasında ortaya çıxıb. Belə ki, jurnalist Leyla Əliyevaya məxsus ''Al Sahra FZCO''-a aid “Pilatus” hesabından 1 milyon dollar Panamanın gizli şirkəti olan “Egrant Inc”-ə köçürülüb. Sonuncu Baş nazirin keçmiş aparat rəhbəri Keith Schembri və keçmiş enerji naziri Konrad Mizzinin sahibi olduğu iki ofşor şirkəti ilə birlikdə qurulub.

Lakin “Sahra FZCO”-dan başqa bir Dubay şirkətinə əhəmiyyətli bank köçürmələri haqqında dəlil taparkən araşdırma bank hesabı olmayan Egranta və Michelle Muscatın sahibi olduğu hər hansı bir şirkətə belə bir köçürmə edilməsi barədə heç bir sübut tapmayıb.

"DCG-nin (Jurnalist Daphnenin) iddialarında qeyd edilən dövrdə Maltadan, yəni “Sahra FZCO”-a aid “Pilatus Bank”dan Dubaya əhəmiyyətli köçürmələr baş verib. Lakin bizdə Dubayda pulu alan şəxsi (Palma Management Consulting DMCC) sonrakı köçürmələrlə (Michelle Muscat və ya Egrant adlı bir şirkət) əlaqələndirən heç bir sübut yoxdur", – bank və “Nexia” serverlərindən əldə edilən məlumatları analiz edən Harbinson mühasibləri deyib.

“Pilatus” məlumatlarında Azərbaycan diktatorunun qızları və fövqəladə hallar nazirinin oğlu Kəmaləddin Heydərovun oğullarına, onların iş şəbəkələri, agentləri, əməliyyatları və əməliyyat üsulları ilə əlaqəli bir çox sənədə rast gəlinib.

“Sahra FZCO” şirkəti İlham Əliyevin qızlarına məxsusdur və “Pilatus” Bankında dörd hesaba sahibdir. 2015-ci ilin sentyabrından 2016-cı ilin mart ayı arasında bir sıra Dubay şirkətlərinə edilən köçürmələrin məbləği 21,4 milyon avro səviyyəsinə çatıb.

Dubaydakı “Palma”nın mülkiyyətinin sahibinin kimliyi dəqiq müəyyən edilməyib. Lakin şirkətin Əliyevanın “Pilatus” hesabının əsas imzası olan Robert Baker və digər imza sahibi bankir Farnoush Farsiarın əri Thamer Aidi ilə sıx əlaqəli olduğu bildirilir.

Ana səhifəSiyasətƏliyevin qızlarına məxsus şirkətə “Pilatus” hesabından 15 milyon avro köçürülüb