“Məcburi köçkünlərlə bağlı problem böyüyür, narazılıq artır”

B.Muradova getdikcə artan problemlərin qarşısının alınması üçün hökumətdən məsələni diqqətdə saxlamağı xahiş edib.


Vitse-spiker məcburi köçkünlərlə bağlı hökumətə müraciət edib

"Nazirlər Kabinetinin qərarında göstərilir ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə, onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”

Milli Məclisin plenar iclasında deputat Elman Məmmədov belə deyib. O, Nazirlər Kabinetinin iki il əvvəl məcburi köçkünlərlə bağlı qərarını tənqid edib.

Deputat vurğulayıb ki, ölkə başçısı bütün çıxışlarında məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmaq lazım olduğunu bildirir, hökumət də bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır: xahiş edib.

maxresdefault.jpg
Elman Məmmədov

"Amma bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkün statusuna malik olan bir qrup insanın yolunun bağlanmasını gətirib çıxarır. Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarında müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. Qeyd edilir ki, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməsin. Bu, ziddiyyət təşkil edir axı. İstəyirəm ki, hökumət üzvləri bu məsələyə diqqət yetirsinlər".

Milli Məclisin sədr müavini Bahar Muradova da deputat Elman Məmmədovun fikirlərinə dəstək olub.

Füzuli rayonundan deputat olan vitse-spiker bildirib ki, məcburi köçkün statusunun bu və digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər və narazılıqlar yaradır:

Bahar Muradova foto: Azərtac
Bahar Muradova

"Onlar bizə, biz də rayon icra hakimiyyətlərinə və “Qaçqınkom”a müraciət edirik. Cavab məktubu yazırlar ki, filan nömrəli sərəncamın filan bəndinə görə bu problemləri həll etmək mümkün deyil. Biz bu cavabı almaq üçün yox, mövcud problemin həlli üçün müraciət edirik. Problem də həll olunmadıqca, üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur. Bu problem təkcə Füzuli rayon ərazisində 12 min nəfərədək əhalini əhatə edir. Dostu, yaxın qohumu tərəfindən onlara bağışlanan birotaqlı mənzil varsa, həmin şəxslər bu təminatlardan məhrum olunur. Burada bərabərsizlik yaranır. Eyni kənddə olan eyni statuslu şəxslərin bir qismi bundan istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə edə bilmir".

B.Muradova getdikcə artan problemlərin qarşısının alınması üçün hökumətdən məsələni diqqətdə saxlamağı xahiş edib.

Ana səhifəSiyasət“Məcburi köçkünlərlə bağlı problem böyüyür, narazılıq artır”