700 metrlik dərinlikdə qalan insanlar xilas olunub
Almaniyanın şərqində yerləşən mədəndə partlayış baş verib. Noyabrın 8-də baş vermiş partlayışın ardından mədənin təxminən 30-a yaxın heyəti 700 metr dərinlikdə tıxanıb qaldıqdan sonra xilas ediliblər, – “Reuters” xəbər verir.
Yerli televiziya MDR xəbər verir ki, yanğınsöndürənlər xilasetmə əməliyyatı aparıblar. Qısa müddət sonra yerli polis “twitter” hesabında qeyd edib: “Bütün şəxsi heyət xilas edilib”.
“Mitteldeutsche Zeitung” saytının məlumatına görə, mədən işçilərindən biri ağır yaralanıb.
Yeraltında olan heyət Berlindən təqribən 150 km cənub-qərbdə yerləşən Toyçentaldakı (Teutschenthal) mədəninin təhlükəsiz hissəsinə sığınaraq oksigenlə təmin olunublar.
Dağ-mədən idarəsi deyib ki, yerin altında qalmış işçilərin toxunulmaz qalmış quyu vasitəsilə çıxarılması mümkün olub.
Halle şəhərinin yaxınlığında yerləşən mədən 1982-ci ildə bağlanıb, lakin başqa yerlərdən gələn mədən tullantılarının toplanması üçün istifadə edilir. Sahədə 100-ə yaxın insan işləyir.
Keçən ay Halle şəhərində iki nəfər sinaqoqun yaxınlığında baş vermiş antisemitik hücum nəticəsində öldürülmüşdü.