“Mane olmasalar, Səid Dadaşbəyli növbəti ad gününü evində qeyd edəcək”

Bu illərdə Səidin anası vəfat etdi, dəfninə buraxmadılar

Source:


Xanımı: “Səid 9 aydan sonra azadlığa çıxmalıdır”

14 il azadlıqdan məhrum olunan Səid Dadaşbəyli bu il də ad gününü həbsdə qeyd edib. Ailə üzvləri onunla sentyabrın 29-da görüşə biliblər.

Bu barədə Meydan TV-yə açıqlama verən xanımı İlhamə Dadaşbəylinin sözlərinə görə, 9 ay sonra Səid Dadaşbəylinin cəzası bitir. O ümid edir ki, hər hansı maneə olmasa, növbəti ad gününü evdə keçirəcək:

“Bu illərdə Səidin anası vəfat etdi, dəfninə buraxmadılar. Hazırda atasının səhhəti yaxşı deyil. 2007-ci ildə Səidlə həbs olunanlardan yalnız iki nəfər – Cahangir Kərimov və Ceyhun Əliyev həbsdədirlər. Cahangirlə Səid eyni vaxtda çıxacaq, amma Ceyhun iki ay gec, çünki üstündə telefon tutulduğu üçün cəzalandırıblar. Bu illərdə Rəşad Əliyevin anası, Cahangirin də atası vəfat etdi, amma heç birini yasa buraxmadılar”.

1974-83-cü illərdə doğulan

Said Dadaşbəyli

, Mikail İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbaliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov cinayətkar birlik yaratma, dövlətə xəyanət və digər ağır maddələrlə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum ediliblər. Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışıblar. Həbs olunanlardan biri-Emin Məmmədov MTN-də işgəncə zamanı ölüb.

Məhbus Emil Mehbalıyev isə Azərbaycan Həmkarlar Konfedrasiyasının sədri Səttar Mehbalıyevin qardaşı oğludur. Emil Mehbalıyevin digər əmisi Faiq Mehbalıyev MTN-nin Binəqədi rayon İdarəsinin rəisi olub, hazırda isə Suraxanıda idarə rəisidir. Amma nə Səttar Mehbalıyev, nə də Faiq Mehbalıyev qardaşı oğullarının qanunsuz həbsi barədə bugünədək danışmayıblar. Artıq azadlıqda olan Emil Mehbalıyev həbs ediləndə atası Nurəddin Mehbalıyev infarkt keçirərək ölüb.

Ana səhifəSiyasət“Mane olmasalar, Səid Dadaşbəyli növbəti ad gününü evində qeyd edəcək”