Prezident Ağsu rayonunun rəhbərliyini dəyişdi
Prezident İlham Əliyev sentyabrın 30-da imzaladığı sərəncamlarla Ağsu rayonunun rəhbərliyini dəyişib.
Rayonun icra başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edib və onun yerinə Vahid Heydər oğlu Tağıyev təyin edilib.
Ənvər Seyidəliyev 2007-ci ildən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı idi.
Vahid Tağıyev haqqında internetdə yeganə məlumat isə onun keçmiş MTN zabiti olmasıdır. Belə ki, 27 mart 2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təltif olunan bir qrup əməkdaşı arasında onun da adı var.
Həmin zaman polkovnik rütbəsində olan
Tağıyev Vahid Heydər oğl
u “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.