Fəal, azadlıqdan məhrum edilib, ailəsi sürgün olub
İran İnqilab Məhkəməsi iyulun 8-də azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 8 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.
Məlumatı sosial şəbəkələrdə Güney Azərbaycandan olan azərbaycanlı fəallar paylaşıb.
Hökmdə Abbas Lisaninin ailəsi ilə birlikdə 2 il Yəzdə sürgün edilmək cəzası da yer alıb.
Abbas Lisani
bu ilin yanvar ayında İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən saxlanılıb.
O, İran hakimiyyəti əleyhinə təbliğat aparmaq, dövlətin təhlükəsizliyini təhdid edən fəaliyyətləri icra etmək ittihamları ilə mühakimə olunub.