İordaniya ABŞ-ın və beynəlxalq ictimaiyyətin dəstəklədiyi iki dövlət həllinin sıradan çıxacağından narahatdır
İordaniyanın kralı Abdullah çərşənbə günü ABŞ prezidenti Donald Trampın məsləhətçisi Cared Kuşnerə (Jared Kushner) deyib ki, Yaxın Şərqə davamlı sülh yalnız 1967-ci ildə İsrail tərəfindən tutulan torpaqlarda paytaxt Qüds olmaqla Fələstin dövlətinin qurulmasından sonra gələcək, “Reuters” xəbər verir.
Kuşner bu həftə ABŞ-ın Yaxın Şərqdəki nümayəndə heyətinə başçılıq edir, – Ağ Ev çərşənbə axşamı bildirib. Səyahət zamanı Kuşner iyunun sonlarında fələstinlilərə yardım məqsədilə keçiriləcək toplantıya dəstək axtaracaq.
İordaniya sarayından edilən açıqlamaya görə, kral ABŞ-ın İsrail-Ərəb münaqişəsinin sonlandırmaqla bağlı gizli atılan addimlarından narahatdır. O, Kuşnerə bildirib ki, İsrail qoşunları 1967-ci ildə ələ keçirdiyi Qərb Şəriyəsindən geri çəkilməlidir. İşğaldan öncə bu torpaqlar İordaniyan nəzarətində olub.
Sarayın bəyanatında qeyd edilir ki, kral münaqişənin 1967-ci ilin 4 iyununda sərhədlərində yaradılan müstəqil Fələstin dövlətinin qurulmasını təşviq edən iki dövlət həllini dəstəkləyir.
İordaniya ABŞ-ın və beynəlxalq ictimaiyyətin dəstəklədiyi iki dövlət həllinin sıradan çıxacağından narahatdır, – bəyanatda vurğulanır.
ABŞ səlahiyyətliləri Rabatda başlayan və Yerusəlimi əhatə edəcək olan səfərin məqsədinin Bəhreyndə 25-26 iyunda keçiriləcək konfransa dəstək vermək olduğunu söyləyiblər. Səfər zamanı Kuşner ilk dəfə olara Trampın uzun müddətdir gözlənilən İsrail-Fələstin sülh planının ilk hissəsini açıqlayacaq.
Tramp bu planı "əsrin müqaviləsi" adlandırıb və münaqişənin qəlbində diktəsiz siyasi məsələləri həll etməkdən əvvəl ərəb donor ölkələri tərəfindən Qərb Şəriyə və Qəzza sektoruna investisiya qoyulmasını təşviq edib.