Ermənistan parlamentində transgender qadının çıxışı qalmaqala səbəb olub

Ermənistan parlamentinin kürsüsündə ilk dəfə olaraq transgender qadın Lilit Martirosyan çıxış edib. Çıxış aprelin 6-da “İnsan haqlarının milli gündəliyi – BMT-nin monitorinqi” mövzusunun ictimai dinləmələri zamanı edilib.

Source: The Calvert Journal


JAMnews

-un və

“Kavkazski uzel”

– in materialları əsasında

Ermənistan parlamentində transgender qadının gözlənilməz çıxışı qalmaqal və mübahisələrə səbəb olub. Məsələ parlamentdə, sosial şəbəkələrdə və bütün mətbuatda müzakirə edilib. Bir çox erməni siyasətçisinin bəyanatları açıq-aşkar homofob məzmun daşıyıb.


Lilit Martirosyan parlamentdə

Ermənistan parlamentinin kürsüsündə ilk dəfə olaraq transgender qadın Lilit Martirosyan çıxış edib. Çıxış aprelin 6-da “İnsan haqlarının milli gündəliyi – BMT-nin monitorinqi” mövzusunun ictimai dinləmələri zamanı edilib.

Dinləmələrə ictimai təşkilatlar, o cümlədən Lilit Martirosyanın başçılıq etdiyi “Doğru tərəf” təşkilatı dəvət olunub.

Lilit Martirosyan çıxışı zamanı trans-cəmiyyətinin nümayəndəsi olduğunu bəyan edib.

“Lütfən məni incidilmiş, təcavüzə, fiziki zorakılığa məruz qalmış, yandırılmış, bıçaqlanmış, qətlə yetirilmiş, mühacirət etmiş, diskriminasiya qurbanı olmuş, kasıb və işsiz transgenderlərin ümumiləşdirilmiş obrazı kimi qəbul edin”, – Lilit bəyan edib.


Bu, hansı reaksiya doğurub

Çıxış homofob bəyanat qasırğasına səbəb olub. Bununla bağlı narazılğını ilk növbədə “Çiçəklənən Ermənistan” fraksiyasının parlamentdə nümayəndəsi, insan haqları komissiyasının rəhbəri Naira Zoqrabyan bildirib.

O, Martirosyana çıxışını bitirməyə imkan versə də, sonra qadının zalda olmasına və dinləmənin mövzusundan kənara çıxdığına hiddətlənib. Parlament komissiyası rəhbərinin dediyinə görə, müzakirə mövzusu məhkəmə-hüquq sahəsində, fiziki və əqli məhdudiyyətli insanların və uşaq haqları sahəsində islahatların aparılması olmalı idi. O, transgenderin çıxışını “hörmətsizlik” adlandırıb:

“Heç kəs sizin haqqınızı tapdalamır, amma indi bizim dəqiq gündəliyimiz var və siz onu pozursunuz. Bu, komissiya və insan haqlarına qarşı hörmətdizlikdir”, – Naira Zoqrabyan bəyan edib.

Zoqrabyanın təmsil etdiyi partiyanın rəhbəri daha sərt çıxış edib:

“Çiçəklənən Ermənistan Partiyasının lideri, erməni ənənələri və inancı ilə tərbiyə olunmuş bir ailə başçısı kimi hamıya deməliyəm ki, bu, bizim üçün yolverilməzdir… Bu əxlaqsızlıqdır, əxlaqsızlığı isə, əvvəllər olduğu kimi, ört-basdır etməliyik. Biz bu halın geniş vüsət almasına heç vaxt yol vermərik”, – Qagik Çarukyan bəyan edib.

Çiçəklənən Ermənistan Partiyasının başqa nümayəndələri də öz fikirlərini bildirib. “Ölkənin ən mühüm siyasi kürsüsünə bu cür adamları yaxın buraxmaq biabırçılıqdır! Əgər Ermənistana Avropa dəyərlərini gətirmək istəyirsinizsə, çox yanılırsınız. Burda buna qarşı olan adamlar var və onlar çoxdur. Bu gün Avropa boşalmaqdadır, çünki qadın qadınla, kişi isə kişi ilə yaşayır, onlarda doğum sayı durmadan azalır… Statistika göz qabağındadır – Avropa son 10 ildə boşalıb”, – deputat Vardan Qukasyan bəyan edib.


Parlament divarlarından kənarda narazılıq

Aprelin 8-də Ermənistan parlamenti binasının qarşısında etiraz aksiyası keçirilib. O cümlədən LGBT cəmiyyətlərinin kriminallaşdırılması tələbləri irəli sürülüb.

Etiraz aksiyasının iştirakçıları, – onların arasında ruhanilərin nümayəndələri də olub, – parlament zalını “transgenderlərdən təmizləmək” üçün onu “təqdir etməyi” söyləyiblər.



Gey-fəalların təxribatı”

Bir il əvvəl demokratik ”məxməri” inqilab nəticəsində hakimiyyətə gəlmiş Ermənistan lideri – Baş nazir Nikol Paşinyan da bir neçə gündən sonra bununla bağlı fikir bildirib.

Paşinyan bəyan edib ki, Lilit Martirosyanın çıxışı rəqiblərinin, daha doğrusu, Ermənistan Respublika Partiyasının (hakimiyyətdə inqilabadək bu partiya olub) ona hazırladığı təxribatdır. Paşinyan öz çıxışında opponentlərini “gey-fəallar” adlandırıb.

Baş nazirin sözlərinə görə, transgender qadının əvvəlki adı Vaqarşak Martirosyan (bu, kişi adıdır) olub və o, öz yeni adı olan pasportunu “Respublika”çıların hakimiyyəti dövründə alıb:

“2015-ci ildə respublikaçıların simasında Ermənistanın mühafizəkar hökuməti Vaqarşak adlı gəncə Lilit Martirosyan adı ilə Ermənistan vətəndaşı pasportu verib, “cins” sütununda isə “kişi” yazıb. Əcəba, respublikaçılar arasında Lilit Martirosyan adlı kişilər çoxdurmu? Respublika Partiyasının bu adama Lilit Martirosyan adı ilə pasport verməklə, seçici siyahısına daxil etməklə ona vətəndaşın bütün hüquqlarını və öhdəlikıərini təqdim edib… Mən respublikaçıların gey-

fəal olduğunu söyləməkdə haqlıyam”.

Baş nazir həmçinin müəyyənləşdirib ki, parlament müzakirələri siyahısına, – orda Lilit Martirosyanın da adı olub, – parlamentin insan haqları komissiyasının sədri Naira Zoqrabyan qol çəkib. Odur ki, onun bu natiqin kürsüdə peyda olması ilə bağlı narazılığı əsassızdır.

Paşinyan Lilit Martirosyanı iclas zalından çıxaran partiyadaşlarına haqq qazandıran Çiçəklənən Ermənistan Partiyasının nümayəndələrinə bununla bağlı müraciət edib:

“Yaranan situasiyada parlamentin insan haqları komissiyası sədrinin davranışı insan haqları ilə bağlı vəziyyəti şübhə altına alır… Çiçəklənən Ermənistan Zoqrabyanın bu komissiyanın nümayəndəsi olub-olmaması üzərində düşünməlidir”, – Nikol Paşinyan bəyan edib.


Ekspertlər nə deyir

Bir sıra hüquq müdafiəçisi hətta bu vəziyyətdə LGBT nümayəndələri üçün tərəqqi işartıları görür. Məsələn, Ermənistanda Helsinki Assosiasiyasının rəhbəri, hüquq müdafiəçisi Nina Karapetyans hesab edir ki, hələ bir il əvvəl Lilit Martirosyanın parlamentdə çıxışı mümkün deyildi.

“Əgər bu, parlamentin ötənilki çağırışında insan haqları komissiyasının iclasında baş versəydi, LGBT nümayəndəsi hətta iclasa gəlişi ilə belə risk etmiş olardı”, – Nina Karapetyans “Kavkazski uzel”ə deyib. https://www.kavkaz-uzel.eu/articles/334054/

“Kavkazski uzel”in digər respondenti, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuns hesab edir ki, transgenderlərin nümayəndəsinin çıxışını tabunu aşmaq kimi qiymətləndirmək olar:

“Yeni hökumətdə LGBT problemi müzakirə mövsuzuna çevrilə bilib. Bu məsələdə tanıma, bilgi problemi var. Hərçənd cəmiyyətdə belə bir tendensiya hələ də qalmaqdadır: nə ki məlum deyil, o təhlükəlidir. Amma tabu yavaş-yavaş aradan qaldırılır. Hökumətin haqların qorunmasına münasibətdə keyfiyyəti dəyişib. Normal proses başlayıb ki, onun gedişatı zamanı tabu olunmuş mövzular qalmır”, – Sakuns deyib.


Sosial şəbəkərlərdə nə yazırlar

“Facebook” istifadəçiləri iki cəbhəyə bölünüb. Bəziləri hesab edir ki, Lilit Martirosyanın parlament kürsüsündən çıxış etməyə tam haqqı çatıb. Digərləri bunu biabırçılıq sayır.

Bu da şərhlərdən bir neçəsi:

“Lilit Martirosyan – milli qəhrəmandır!”

“Biz hara yuvarlanmışıq? Əvvəllər adamlar LGBT-yə aidiyyatları barədə kəlmə kəsməyə cürət etməzdilər, indi parlament kürsüsündən çıxış edirlər!”

“Məmləkətimizin öz Ramzan Kadırovu, ya da Həbib Nurmaqomedovu olsaydı, təbiətin bu cür tör-töküntüsü bir saniyə olsun belə burda qalmazdı”.

“Kişiyə Lilit adını daşımasını qadağan edən qanun varmı?”

Ana səhifəDünyaErmənistan parlamentində transgender qadının çıxışı qalmaqala səbəb olub