Noyabrın 25-dən – Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günündən, 10 dekabr, İnsan Hüquqları Gününə kimi – Cinsi Balanslı Zorakılıq əleyhinə 16 Aktivlik Günü dünyanın hər yerində qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün hərəkətə keçmək vaxtıdır. Bu il UNITE (BİRLƏŞMƏK) kampaniyası 2030-cu ilədək davamlı inkişafın əsas prinsipini əks etdirən “Heç kimin arxasınca getməyin: Qadın və qızlara qarşı zorakılığa son qoyun” mövzusu ətrafında Cinsi Balanslı Zorakılıq əleyhinə 16 Aktivlik Günü keçirəcək. 16 Aktivlik Gününün bir hissəsi kimi Meydan TV insan alveri ilə bağlı əhatəli mövzular nəşr edir. Bu, dörd hissənin üçüncüsüdür.
Aslanın qəfəsinə geri dönmək
Xəyalə Bakıya qayıdanda Azərbaycan hökuməti ondan üz döndərib. Polis və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsində çalışan hökumət rəsmiləri onu seks işçisi olduğuna görə “mənəviyyatsız qadın” adlandırıblar. Formal olaraq, o, fahişəlikdə ittiham olunmasa da, hökumət rəsmiləri onunla elə davranıblar, sanki, o, bədənini satır. Ona gülüblər və deyiblər ki, o ağlamamalıdır, ona görə ki, başına nə gəlibsə, öz günahı ucbatından gəlib.
Xəyalənin hökumətin himayəsində travma alması təcrübəsi bu qadınların Azərbaycana qayıdanda pis davranışla qarşılaşacağını göstərir. İnsan alverinin qurbanları onlara qarşı pis davranıldığından kömək üçün müraciət etmirlər.
Hökumətin rəsmi olaraq insan alveri qurbanı kimi tanıdığı şəxslərə reabilitasiya keçmək səlahiyyəti var. “Qurban” sözü hüquqi termindir. Bu insanların cinayət nəticəsində gördükləri zərərə görə qanunla müəyyən olunan hüquqları var.
Avropa Şurasının 2014-cü ildə İnsan Alverinə qarşı Fəaliyyət üzrə Ekspert Qrupunun (GRETA) yaydığı hesabata
görə, QHT-lər Xəyalənin işində təsvir olunduğu kimi, insan alveri qurbanlarının rəsmi identifikasiyasına maneə yaradan neqativ stereotiplərə görə narahatlıq keçirdiyini ifadə edib.
“GRETA” hesabatında Azərbaycan hökumətini polis, prokurorluq və məhkəmə işçilərinə qurbanların leqal hüquqları və davranış qaydaları ilə bağlı əlavə treninqlər keçirməyə çağırıb.
Amma bu əsas oyunçulara adekvat şəkildə təlimlər keçirilsə də, hökumətin insan alverinə qarşı apardığı işin effektivliyi məhdud olaraq qalacaq, çünki Azərbaycan əhaləsinin böyük qismi Bakıdan kənarda yaşayır. DİN-in İnsan Alveri ilə Mübarizə Baş İdarəsi Bakıda yerləşir və bu qurumun rayonlarda nümayəndəliyi yoxdur.
“GRETA”-nın hesabatında
təlimlərə əlavə olaraq deyilirdi ki, dövlət rəsmilərinin oynadığı rolun və reabilitasiyaya göndəriləcək qadınların müəyyənləşdirilməsi üçün daha yaxşı metodlar hazırlanmalıdır. Meydan TV bu sahədə işləyən QHT işçilərindən ziddiyyətlərə dair məlumatlar da əldə edib. Hökumətin qurbanları müəyyənləşdirmək metodu və QHT-lərin müdafiəçi kimi oynaya biləcəyi rol arasında geniş yayılmış bir çaşqınlıq var.
Xəyalə əvvəlcə DİN-in tabeliyində olan dövlət sığınacağına yerləşdirilib. Sığınacaqdan daha çox saxlanma mərkəzinə oxşayan bu yer ciddi nəzarət altında olub və Xəyaləyə ordan çıxmağa icazə verilməyib. O, tək olub, nə hüquqi nümayəndəsi, nə QHT-dən vəkili varmış. O, ancaq əksəriyyəti kişi olan DİN-in və sığınacağın işçiləri ilə ünsiyyət qura bilib.
Başına gələnlər haqqında danışanda özünü narahat hiss edir. Ona insan alverçiləri haqqında məlumat verməsi, cinsi istismarın qrafik detalları haqqında danşması üçün təzyiqlər edilib, əməkdaşlıq etməyəcəyi təqdirdə küçəyə atılacağını deyiblər. Ona öz iradəsinin əleyhinə aylarla məruz qaldığı cinsi istismarın fəsadlarının aradan qaldırılması üçün tibbi və psixoloji yatdım göstərilməyib.
ABŞ Dövlət Departamentinin 2016-cı ildə insan alverinə dair hazırladığı hesabatda
müsahibə verən mənbə bildirib ki, hökumət rəsmilərinin qurbanları istintaqla əməkdaşlığa məcbur etməsi faktı tez-tez rast gəlinən haldır. İstismara məruz qalan qadınlarla işləyən QHT rəhbərləri və insan hüquqlarını müdafiə edən vəkillər bildiriblər ki, istintaqla əməkdaşlıqdan imtina edənlərə digərlərindən fərqli olaraq keyfiyyətli qayğı göstərilmir və onlar əksər hallarda sığınacaqdan məhrul edilirlər.
Sığınacaqdan və reabilitasiyadan məhrum etmə Azərbaycan parlamentinin qəbul etdiyi qanunların pozulması deməkdir.
“İnsan alveri haqqında” qanunda
deyilir ki, insan alveri qurbanlarına istintaq orqanları ilə əməkdaşlıq edib-etməməyindən asılı olmayaraq dövlətin balansında olan sığınacaqda 30 gün qalmaq icazəsi verilir.
Bu 30 günlük özünəgəlmə müddəti Azərbaycanın imzaladığı və ratifikasiya etdiyi
BMT-nin
və
Avropa Şurasının
insan alveri ilə bağlı beynəlxalq konvensiyasında da təsbit olunub.
Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın və anonim qalmaq istədiyini deyən hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları və İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsi insan alverçilərini müəyyənləşdirmək və onlardan pul qoparmaq üçün qurbanları məlumat verməyə məcbur edirlər. Əzizova və digərləri Meydan TV-yə müsahibələrində bildiriblər ki, korrupsiyalaşmış dövlət rəsmiləri rüşvət qarşılığında insan alverçilərinə cəzalandırılmayacaqlarına dair söz verirlər.

Xəyalə cavab tədbirlərindən qorxduğuna görə insan alverçiləri haqqında danışmaqdan imtina edib, beləliklə də, o, məcburən sığınacaqdan çıxardılıb. İşsiz, pulsuz, Bakıda heç kimlə əlaqəsi olmayan Xəyalə pul qazanıb evinə qayıtmaq üçün seks işçisinə çevrilib. Bakıda QHT-lərin qadın sığınacağından xəbəri olmayan Xəyalə heç bir alternativ yol görməyib.
Xəyalənin başına gələnlər Mətanət Əziziova kimi ekspertin aşkarladığı məqamlarla uzlaşır. O, müsahibəsində demişdi ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina edən alver qurbanları küçədə qalırlar. QHT-lərə qarşı repressiyaların bir hissəsi olaraq Əzizovanın rəhbərlik etdiyi Qadın Krizis Mərkəzi bağlanır. “Təmiz Dünya” İctimai Birliyi Bakıda insan alveri qurbanlarını sığınacaqla təmin edən yeganə QHT-dir. Azərbaycan Uşaqlar Birliyi uşaqları, Azərbaycan Miqrasiya Mərkəzi isə kişiləri sığınacaqla təmin edir. Bu təşkilatlar ölkənin ucqar əyalətərində bir sıra işlər həyata keçirsələr də, maliyyə məhdudiyyətinə görə əksəriyyəti Bakıda fəaliyyət göstərir. Bakıdan kənarda insan alveri ilə mübarizə sahəsində çalışan yeganə təşkilat Gəncədə fəaliyyət göstərən “Təmas” təşkilatıdır.
QHT-lərin istismara məruz qalmış və sonradan xilas olan qurbanları reabilitasiyaya cəlb etmək imkanları hökumətdən asılı olduqlarına görə məhduddur. Dövlət qurumuna baş vurmadan QHT-lərə müraciət edən qurban imtina cavabı ala bilər, hətta vəkili olsa belə.
ABŞ Dövlət Departamentinin 2016-c ildə insan alverinə dair yaydığı hesabatda
qeyd olunur ki, hökumət 130 potensial insan alveri qurbanının işini araşdırmayıb. “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Meydan TV-yə müsahibəsində bildirib ki, insan alveri qurbanlarını hökumətin əməkdaşlığı olmadan qorumaq mümkün deyil.
QHT-ləri narahat edən daha bir məsələ onların hökumətdən asılı olmasıdır. Hüquq müdafiəçisi Əlövsət Əliyevin dediyinə görə, Azərbaycan hökuməti ya QHT-ləri bağlayır, ya da onları öz nəzarəti altına alır. Misal üçün, “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bu QHT-nin rəhbəri olmaqla yanaşı, həm də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən işə götürülüb. Əliyev dedi ki, maraqlar konflikti yarananda işçilər bəzən hökümət tərəfə üstünlük verir. Beləcə, proses proqramın qeyri-effektiv şəkildə təyata keçirilməsi ilə nəticələnir.
Cinsi istismarın və qurbanların reabilitasiyasının qarşısını alan daha bir baryer isə bəzi QHT və hüquq müdafiəçilərinin münasibətidir. Bəzən onlar da stereotiplərin təsiri altında qalırlar.
Gəncədə fəaliyyət göstərən “Təmas” İctimai Birliyinin rəhbəri Südabə Məmmədova insan alverinə qarşı mübarizə aparan bir neçə QHT rəhbərlərindən biridir. O,Meydan TV-nin jurnalisti ilə telefon müsahibəsində seks işçisi kimi işləyəndən sonra könüllü olaraq satılan qadınlar haqqında danşanda deyib ki, onlar buna
bilə-bilə gedirlər
.
Düzgün qidalanmayan, yorğun, hələ də düzgün aparılmayan abort əməliyyatının verdiyi fəsadlardan əziyyət çəkən Xəyalə Bakı ilə kəndi arasında olan məsafəni qət edə bilib. Saatlarla yol gedəndən sonra sərnişinlərlə dolu olan qatardan düşüb kəndlərinin yaxınlığındakı avtobus dayanacağına gəlib, evə aparan yolun qalan hissəsini də qət edib. O, uşaqlığının keçdiyi evə gəlib. Valideynlərinə qaçırıldığını deyib və həyat yoldaşını görmək istəmədiyini bildirib. Səhəri gün anasına baş verən həqiqətləri – döyüldüyünü, abort olunduğunu, kişilərin ona qarşı zorakılıq etdiyi bitməyən günləri danışıb. Şokda və utanc içində olan anası bunları o dəqiqə onun atasına danışıb. Atası, Xəyalənin ailəsinə gətirdiyi utanca görə çox qəzəblənib və hamının bunu biləcəyini ağlına gətirəndə dəhşətə gəlib.
Xəyalə başına gələnləri Meydan TV ilə bölüşən qadınları təmsil edir. İnsan alveri eksperti Mətanət Əzizova fahişəliyə məcbur edildiyini bilən qadının ailəsinin kişi üzvü tərəfindən bıçaqlanaraq öldürüldüyündən, hüquq müdafiəçisi Ə.Əliyev xaricdə cinsi istismara məruz qalan qadının evə qayıdanda silahla öldürülməsindən danışıb.
Həm Əzizova, həm də Əliyev deyir ki, ailəsinə utanc gətirdiyinə görə törədilən namus qətllər qeyri-adı hal deyil. Amma məlumatların məqsədli şəkildə gizlədilməsinə, Azərbaycan hökumətinin qadınlara qarşı zorakılığa dair hazırladığı məlumatlarda olan çatışmazlıqlara görə Azərbaycana namus qətllərinin həqiqi miqyası məlum deyil.
Əzizova deyir ki, dövlətin sığınacağından ayrılan və doğma yurdlarına qayıtmaq üçün heç bir kömək görməyən insan alveri qurbanlarının əksəriyyəti sonradan namus qətllərinin qurbanına çevrilirlər. O, Meydan TV-yə video müsahibəsində deyib ki, cinsi istismara məruz qalan qadını dərin stiqmatizasiya etmədən evinə göndərmək onu “şirin qəfəsinə geri göndərək kimidir”.
2013-cü ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Azərbaycan Miqrasiya Mərkəzi tərəfindən dərc olunan İnsan Alverinə qarşı Mübarizədə Azərbaycan Respublikasının Milli Fəaliyyət Planının tətbiqi üzrə monitorinqin hesabatında (2009-2013) qeyd olunur ki, respondentlərin hamısı insan alveri qurbanlarının ailələri psixoloji yardım almadığını deyib.
Hökumətin insan alverinin qurbanı kimi tanıdığı qadınlar və alver qurbanları ilə işləyən hökümət işçiləri də sorğuya cəlb olunub.
Azərbaycandan olan qadın hüquqlarının müdafiəçisi Meydan TV-yə video müsahibəsində deyib ki, zorakılıq və qətl hallarına əlavə olaraq cinsi istismardan xilas olanlar və yaxud cinsi təcavüzə uğrayanlar sosial cəhətdən ayrıseçkiliyə məruz qalırlar. Onların çoxuna ailəsi tərəfindən camaat içinə çıxmaq yasağı qoyulur. Bu da fahişəliklə assosiasiya olunan utanc və cinsi təcavüz haqqında tədrisin çatışmazlığı ilə bağlıdır. O, bildirib ki, cəmiyyətdən təcridolunma depressiyaya aparır və bir çox halda sui-qəsdlə nəticələnir.
İnsan alverindən xilas olan qadınlar həm də yenidən satılma riski altında olurlar. Əzizova Qadın Krizis Mərkəzindən kömək istəyən insan alveri qurbanının dediklərini bu cür çatdırır:
“
Məni cəmiyyət buna məcbur etdi, onlar məni fahişə adlandırırdı, mənə tüpürürdülər, təhqir edirdilər və qəfildən kimsə mənə yaxşı sözlər deyirdi. Cəmiyyət məni ikinci dəfə qurban olmağa məcbur etdi”.