Məhkəmə ilahiyyatçının şikayətini təmin etməyib

Vəkil: ”Məhkəmədən ”möcüzə” gözləmirdik”

Source:


Vəkil: ”Məhkəmədən ”möcüzə” gözləmirdik”

Aprelin 6-sı Şirvan Apelyasiya Məhkəməsində Sərdar Babayevin (Hacıhəsənli) həbs müddətinin uzadılmasına dair Masallı rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Sərdar Babayev Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.Az  saytının baş redaktorudur.

Məhkəmə ilə bağlı məlumatı Sərdar Babayevin vəkili Cavad Cavadov yayıb.

Vəkil əvvəlki proses kimi bu dəfə də məhkəməyə gedən yolun bağlandığını bildirib. Bu da insanlarda narazılıq yaradıb:

“Polis məni məhkəməyə aparan maşını yenidən buraxmaq istəmirdi. Yalnız məhkəmə ilə danışdıqdan və başa saldıqdan sonra ki, vəkili buraxmasınız, işə baxılma baş tutmayacaq, buraxdılar”.

Vəkil məhkəmədən “möcüzə” gözləmədiyini deyib. Prosesdə onların şikayətləri əsassız sayılaraq Masallı rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb:

“İmtina da belə əsaslandırıldı ki, S.Babayev həbsdən buraxılsa, “cinayətkar” fəaliyyətini davam etdirəcək, yəni dini ayinlər yerinə yetirəcək”.

2017-ci il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Ana səhifəXəbərlərMəhkəmə ilahiyyatçının şikayətini təmin etməyib