Hadisəyə elektrikdə qısaqapanma səbəb olub
Yanvarın 14-də, saat 17 radələrində Xətai rayonu, Afiyəddin Cəlilov 11 ünvanda yanğın baş verib. Hadisənin elektrikdə yaranmış qısaqapanma nəticəsində baş verdiyi deyilir. Bina sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, yanğın yaşayış binasının birinci mərtəbəsində yerləşən “Gürcü xəngəli” restoranında başlayıb, ikinci mərtəbəyə də ziyan dəyib. Hadisə nəticəsində bir nəfər yaşlı kişi üzündən yüngül xəsarət alıb. Yanğınsöndürənlərin hadisə yerinə tez çatması nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb. Hadisə nəticəsində dəyən maddi zərər hesablanır.