Şikayət artıq məhkəməyə təqdim olunub
İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Vəkil Fariz Namazlının
APA
-ya verdiyi məlumata görə, apellyasiya şikayəti mayın 6-da məhkəməyə təqdim olunub.
İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs olunub. R. Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilib.