Onlar bunu niyə etdilər?
Redaksiyadan: Hazırda həbsdə olan Seymur Həzi məhkəmədə vaxt tapıb, yaxınları və dostları ilə görüşüb. Görüş əsnasında onlara bəzi fikirlərini şifahi şəkildə çatdırıb və bu fikirlərinin mətbuatda yer almasını istəyib. Dostları həmin fikirləri məktub halına salaraq, redaksiyamıza göndəriblər. Həmin məktubu sizlərə təqdim edirik.
Televiziyalardan görürəm ki, Azərbaycan hökuməti Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində qondarma məhkəmə qərarından Avropa Məhkəməsinə şikayət edib. Bunu qəhrəmanlıq kimi təqdim etməkdən də çəkinmirlər. Halbuki, baş verənlər Azərbaycan dövlətçiliyinə aşkar provokasiyadır. Niyə?
- Avropa Məhkəməsi AŞ məkanında müvafiq konvensiyaya qoşulmuş ölkələrdən gələn şikayətlərə baxır. Ona görə də, bu müraciət AİHM- ni şantaj etməkdən başqa bir şey deyil.
- Azərbaycan hökuməti bu müraciətlə “Qarabağ separatçı”larını de-fakto tanımış oldu və Ermənistanın indiyə kimi iştirak etdiyi “üçüncü tərəfi tanımaq” (yəni Qarabağı) məsələsində düşmənin əlinə oynadı.
Bəs, bunları niyə etdi?
AİHM indiyə kimi bir sıra siyasi motivli işlərdə Azərbaycan hökumətinin arzulamadığı qərarlar verib. İlqar Məmmədov və Əli İnsanovun azadlığı buraxılmasına dair. Azərbaycan hökuməti bilir ki, AİHM-nin Dilqəm və Şahbaz üçün heç nə etmək imkanı yoxdur. Qəsdən bu müraciəti etməklə Azərbaycan cəmiyyətinin gözünə kül üfürür ki, onlar elə ədalətlidirlərsə, Dilqəm Əsgərovu və Şahbaz Quliyevi buraxsın.
Bu cür çirkin oyunla həm də beynəlxalq birliyin mənfi münasibətini qazanan hökumət girov vətəndaşlarımızı real dəstəkdən məhrum edir.
Seymur Həzi
Kürdəxanı, 13. 01. 2015