“Noyabrın 11-də 3 aylıq həbs qətimkan tədbiri başa çatır, amma onunla bağlı heç bir əsaalı istintaq hərəkəti aparılmayıb”
Kürdəxanı istintaq təcridxanasında saxlanılan AXCP üzvü Murad Әdilov vəkili Yalçın İmanovla görüşüb. Meydan TV-yə görüş haqqında məlumat verən vəkil Yalçın İmanov bildirib ki, Murad Ədilovun saxlanma şəraiti ilə bağlı narazılığı yoxdu, o sadəcə burda günahsız və əsassız yerə saxlanmasına qəzəblidir.
Vəkil deyib ki, Murad Әdilov onun və başqa günahsız məhbusların taleyini diqqətdə saxlayanlara salamlarını, təşəkkürlərini yetirib. Eyni zamanda, tezliklə haqq-ədalətin yerini alacağına əminliyini bildirib.
Vəkil onu da əlavə edib ki, noyabrın 11-i Murad Ədilovla bağlı seçilən 3 aylıq həbs qətimkan tədbiri başa çatır və ötən müddətdə onunla bağlı heç bir əsaalı istintaq hərəkəti aparılmayıb.