Jurnalistə qarşı cinayət işi açılıb
Özünü intihara cəhd edən jurnalist Tural Mustafayev ona Cinayət Məcəlləsinin 125-ci maddəsiylə cinayət işi açıldığını bildirib. Hazırda 1 saylı Maştağa Psixatiriya Xəstəxanasında müalicə olunan Tural Mustafayev Meydan TV-yə deyib ki, prokurorluq onun əvvəlki fəaliyyətini araşdırır: “Bütün telefon sms-lərimi götürüblər. Bundan əlavə, Göyçaydakı evimizdə və Bakıda qaldığım xalamın mənzilində axtarış aparılıb, kompyuter, disklər və başqa texniki ləvazimatlar müsadirə olunub”.
Tural Mustafayev deyib ki, hazırda onun atası dindirilir.