Arif Yunusun azad olunması vəsatəti təmin olunmadı

Vəkil Nəsimi məhkəməsinin hər iki qərarından apellyasiya şikayəti veriləcəyini deyib

Source:


Vəkil Nəsimi məhkəməsinin hər iki qərarından apellyasiya şikayəti veriləcəyini deyib

Oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsində Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunusun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair  vəsatətə baxılıb. Vəkil həbsin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Məhkəmə vəsasəti təmin etməyib.

Proses barədə məlumatı öz Facebook səhifəsində vəkil Xalid Bağırov paylaşıb.

Oktyabrın 29-da isə Arif Yunusun həbs müddəti 4 ay uzadılmışdı.

Vəkil Nəsimi məhkəməsinin hər iki qərarından apellyasiya şikayəti veriləcəyini deyib.

Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da Arif isə beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə ittiham olunurlar.

Arif və Leyla Yunuslar  Amnesty International təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıblar. Fransa prezidenti da daxil olmaqla, bir çox ölkələrin liderləri onların azadlığa buraxılmasını tələb ediblər.

Ana səhifəXəbərlərArif Yunusun azad olunması vəsatəti təmin olunmadı