Qarabağ münaqişəsi: 1 illik möhlət

Bundan sonrakı dövr ərzində ATƏT-in Minsk Qrupu çərçivəsində süst keçən danışıqlar imitasiyasını, münaqişə zonasında lokal zorakılığın artmasını və Azərbaycan və Ermənistan cəmiyyətlərində nifrətin yayılmasını gözləmək olar

Source:


Bundan sonrakı dövr ərzində ATƏT-in Minsk Qrupu çərçivəsində süst keçən danışıqlar imitasiyasını, münaqişə zonasında lokal zorakılığın artmasını və Azərbaycan və Ermənistan cəmiyyətlərində nifrətin yayılmasını gözləmək olar



Nəzərdə tutulduğu kimi, Azərbaycan və Ermənistan prezidentləri, habelə beynəlxalq vasitəçilər Qarabağ münaqişəsinin tənzimlənməsi işində növbəti sülhməramlı addımlara hazır olmadıqlarını göstərdilər.

“Nə sülh, nə müharibə” statusu oktyabrın 27-də Azərbaycan, Ermənistan, Fransa prezidentləri – İlham Əliyev, Serj Sarkisyan, Fransua Ollandın Paris görüşü zamanı daha bir il uzadılıb. Hətta ən bədbin ekspertlər münaqişə ölkələrinin prezidentlərinə bir il – BMT Baş Assambleyasının 2015-ci ilin sentyabrında keçiriləcək iclasına qədər möhlət veriləcəyini gözləmirdi.

Fransa prezidenti, yüksək səviyyəli əvvəlki vasitəçilər kimi, tərəfləri xalqları sülhə hazırlamağa və hərtərəfli sülh sazişinin işlənib hazırlanmasına başlamağa çağırıb. Əlbəttə ki, hər iki prezident işlərin belə gedişindən razı qalıblar, belə ki, onların heç biri Qarabağ mövzusunun ciddi müzakirəsinə hazır deyil. Əliyev də, Sarkisyan da müntəzəm olaraq münaqişənin hərbi yolla həlli mümkünlüyünü xatırladırlar və bununla hər iki ölkənin cəmiyyətlərində də, Qafqaz dağlarından çox-çox uzaqlarda da xülyası qurulan sülh nəticəsini uzaqlaşdırırlar.

Son hadisələr, o cümlədən Erməistanın yenilənmiş Avrasiya İqtisadi İttifaqına daxil olması, yüksək vəzifəli Rusiya xadimlərinin Azərbaycana sıxlaşan səfərləri ilə Moskvanın rəsmi Bakıya təzyiqinin artması göstərir ki, tərəfləri qarşılıqlı olaraq səslənən təhdidlər deyil, daha çox daxili təhlükəsizlik narahat edir.

Moskvanın postsovet məkanına yenidən ortaya çıxmış iddiaları ilə qarşılaşan Parisdə, Avropa Şurasında və ABŞ-da bunu yaxşı başa düşürlər. Rusiyanın Ukraynanın işlərinə qarışması və Putinin Ukrayna milliyyətçi-patriotlarına müharibə elan etməsi bunun parlaq nümunəsi oldu.

Ukrayna böhranı və Rusiyanın ən yaxın qonşularına yeni təzyiq növləri Qarabağ nizamlanması prosesinin iştirakçılarını böyük sülh müqaviləsi layihəsini uzatmağa məcbur edir.

Bundan sonrakı dövr ərzində ATƏT-in Minsk Qrupu çərçivəsində süst keçən danışıqlar imitasiyasını, münaqişə zonasında lokal zorakılığın artmasını və Azərbaycan və Ermənistan cəmiyyətlərində nifrətin yayılmasını gözləmək olar.

Münaqişənin gizliliyinin qorunub saxlanması üzrə standart alətlər illər boyunca sınaqdan çıxarılıb və onların bu prosesə hansısa yenilik gətirəcəyi ehtimalı çox kiçikdir. Fransa prezidentinin mövqeyi də buna dəlalət edir – o, tərəfləri status-kvonu sülh istiqamətində dəyişməyə çağırarkən belə “Qafqaz regionunda inkişafa və Qafqaz dövlətlərinin Fransa ilə münasibətlərinə” yüksək diqqət yetirib.

Ana səhifəXəbərlərQarabağ münaqişəsi: 1 illik möhlət