Ermənistan XİN-i prezidentlərin görüşünü faydalı hesab etdi

“Sarkisyan və Əliyev Dağlıq Qarabağ münaqişəsinə dair çox sayda məsələləri müzakirə ediblər”

Source:

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan  bəyanatla çıxışıb edib. Bəyanatda deyilir ki,  rəsmi Yerevan oktyabrın 27-də Parisdə Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyev arasında keçirilən görüşü  konstruktiv, faydalı və səmimi  hesab edir. E.Nalbandyanın söylədiyinə görə, Fransa prezidenti Francois Hollande-ın təşəbbüsü ilə keçirilən görüşdə Sarkisyan və Əliyev Dağlıq Qarabağ münaqişəsinə dair çox sayda məsələləri müzakirə ediblər.

Nalbandyan həmçinin vurğulayıb ki, iki prezident tərəflər arasında etimadyaratma tədbirlərinə dair Fransa prezidentinin təkliflərini qəbul ediblər. Hollande hər iki tərəfi mübahisəli regiona aid fikir ixtilaflarının üzərindən aşmaq üçün “siyasi iradə”yə və Bakı və Yerevanı Dağlıq Qarabağa dair daha çox danışıqlar keçirməyə çağırıb.

Azadlıq Radiosunun məlumatına görə, ötən bazar ertəsi Parisdə birbaşa təmasların bərpasının ardınca, Ermənistan və Azərbaycan liderləri Dağlıq Qarabağa dair danışıqlara razılaşıblar.

Fransa prezidenti Francois Hollande-ın ofisi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünə ev sahibliyi etdikdən sonra bildirib ki, “status quo davamlı deyil”. Ofis  həmçinin elan edib ki, iki prezident toqquşmalar zamanı itkin düşənlər barədə məlumat mübadiləsi etmək qərarına gəlib.

Rəsmi Parisin bəyanatında o da qeyd olunur ki, Ermənistan və Azərbaycan prezidentləri dialoqun davam etdirilməsi, o cümlədən, Nyu Yorkda 2015-ci ildə keçiriləcək BMT Baş Assambleyasının 2015-ci ilin sentyabrında keçiriləcək iclası əsnasında yeni danışıqlara başlanması barədə qərar qəbul edib.

“Associated Press”  isə xəbər verir ki, bu bəyanatdan əvvəl Fransa prezidenti Francois Hollande, İlham Əliyev və Serj Sarkisyanın iştirakilə üçtərəfli danışıqlar aparıb.

Xəbərdə o da bildirilir ki,, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərə dair məlumat mübadiləsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında keçiriləcək.

Üçtərəfli danışıqlardan əvvəl Hollande Azərbaycan və Ermənistan prezidentlərinin hər biri ilə ayrılıqda görüş keçirib.

Ana səhifəXəbərlərErmənistan XİN-i prezidentlərin görüşünü faydalı hesab etdi