“Bələdiyyələr artıq indidən seçilib”

Siyavuş Novruzov: “YAP-da bələdiyyə sədrliyinə namizədlik uğrunda qırğın gedir”

Source:


Siyavuş Novruzov: “YAP-da bələdiyyə sədrliyinə namizədlik uğrunda qırğın gedir”

Millət vəkili Qalib Salahzadə oktyabrın 28-də Milli Məclisdə “Bələdiyyələrin statusu” haqqında qanun layihəsinin müzakirəsi zamanı icra hakimiyyətlərini hədəfə alıb. Deputat bildirib ki, Mərkəzi Seçki Komissiyasının bələdiyyənin statusunu ləğv etmək səlahiyyəti yoxdur: “Ümumiyyətlə, nə qədər ki icra hakimiyyətləri bələdiyyələrə nəzarət edir, onların inkişafından söz gedə bilməz. Hazırda bələdiyyə seçkiləri yaxınlaşır. Bu saat mən bilirəm ki, Sabunçu rayonunda bələdiyyələr artıq seçilib, hamı bilir ki, kim sədr olacaq”.

“Sonra da deyirlər ki, kadr yoxdur. Kadrlar var, amma işləməyə qoymurlar. Mən bir az cürətli danşdım, amma düz danışdım”, – deyə deputat fikrini tamamlayıb.

Ancaq Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə həmkarıyla razılaşmaylb. Arif Rəhimzadə deyib ki, bələdiyyələrə qarşı bu cür ifadələri işlətmək olmaz: “Biz onlara hüquqi qiymət verə bilmərik. Seçki keçirilsin və sonra kimin necə seçiləcəyinə hüquqi qiymət veriləcək”.

modern.az saytı xəbər verir ki, YAP-çı deputat Siyavuş Novruzov da Qalib Salahzadəyə cavab verib.

Siyavuş Novruzov bildirib ki, Azərbaycanda bələdiyyələrin inkişafına şərait yaradılıb. Elələri var ki, heç bələdiyyələrdən xəbəri yoxdur, amma ondan danışır. YAP bələdiyyə seçkilərinə yaxşı hazırlaşır”.

“YAP-da bələdiyyə sədrliyinə namizədlik uğrunda qırğın gedir. Biz məcbur olub həmin şəxslərin bəzilərini partiyadan çıxarılacaqları ilə hədələyirik. Bu, ölkədə bələdiyyə seçkisinə olan marağın göstəricisidir. Kimsə deyir ki, guya bələdiyyə sədri olacaq adamlar bəllidir. Bu, kökündən yanlışdır. Bunu o adamlar deyir ki, adamlarını bələdiyyə seçkisində namizəd kimi qeydiyyata aldıra bilmirlər”.

Ana səhifəXəbərlər“Bələdiyyələr artıq indidən seçilib”