İ.Əliyevlə söhbət zamanı F.Oland həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsinə toxunub
Parisdə Fransa və Azərbaycan prezidentlərinin təkbətək görüşündə Fransua Oland Azərbaycanda insan hüquqları məsələsini qaldırıb. Oktyabrın 28-də axşam Yelisey Sarayının nümayəndəsi bildirib ki, İ.Əliyevlə söhbət zamanı F.Oland həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsinə toxunub.
O, 2014-cü il iyulun sonlarında Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq həbs edilib.
Azərbaycan prezidenti L.Yunusun taleyi ilə maraqlanacağını deyib, – “France press” agentliyi bildirib.