“Mən Azərbaycana konfransda iştirak üçün deyil, hakimiyyətlə ifadə və toplaşmaq azadlığı sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə dialoqu davam etdirmək üçün gəlmişəm”
İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks Azərbaycanın hökumətyönümlü KİV-lərinin onun Bakıya beynəlxalq konfransda iştirak etmək üçün gəlməsi haqqında məlumatlarını təkzib edib.
O, öz facebook səhifəsində yazıb ki, bu məlumatlar həqiqətəuyğun deyil:
“Bəzi KİV-lərin məlumatlarına zidd olaraq, mən Azərbaycana konfransda iştirak üçün deyil, həbsdə olan hüquq müdafiəçiləri, onların vəkilləri və ailələri ilə görüşmək, hakimiyyətlə ifadə və toplaşmaq azadlığı sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə dialoqu davam etdirmək üçün gəlmişəm”.