Amerikalı müəllim İlham Əliyevə çağırış elədi

“Murad Ədilov ölkəsinin gələcəyini dərindən düşünən vətəndaşdır, onun barəsində ədalətli qərar qəbul edin”

Source:


“Murad Ədilov ölkəsinin gələcəyini dərindən düşünən vətəndaşdır, onun barəsində ədalətli qərar qəbul edin”

Bir qədər əvvəl “Amnesty International” Murad Ədilovun həbsinə görə dünya ictimaiyyətinə çağırış etmişdi. Müraciətdə dünyanın vicdanlı kəsimindən xahiş edilirdi ki, siyasi fəallığına görə şərlənərək həbs edilən və saxlanma yerində işgəncə görən, müdafiə hüququ kobud pozulan Murada görə dövlət başçısı İlham Əliyev və baş prokuror Zakir Qaralova məktublar göndərilsin.

Bu müraciətə qoşulanlardan biri Muradın qardaşı, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun ABŞ-da olarkən müəlimi olan Shari Deghidir.  San-Fransiskoda yaşayan xanım Shari Murad Ədilovun həbsinin təfərrüatları barədə “Amnesty International”ın narahatlığını bölüşür və dövlət başçısından xahiş edir ki, beynəlxalq qanunlara hörmət bəsləyərək  Muradın pozulan hüquqların bərpası üçün səlahiyyətlərindən istifadə etsin. Müraciətdə Murad Ədilovun vəkillə təminatında yaranan problemin də dərhal aradan qaldırılmasının vacibliyi vurğulanıb. “Prezident İlham Əliyev, mən sizin ədalət hissinizə müraciət edirəm; öz ölkəsinin gələcəyi barədə dərindən düşünən vətəndaşınız  Murad  Ədilov haqqında düzgün qərar qəbul edin”.

Ana səhifəXəbərlərAmerikalı müəllim İlham Əliyevə çağırış elədi