“Sərhədsiz Reportyorlar” həyacan təbili çalır

“Beynəlxalq birliyi mümkün olduqca tez halda Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən ölkədə belə yolverilməz təcrübəyə reaksiya verməyə çağırırıq”

Source:


“Beynəlxalq birliyi mümkün olduqca tez halda Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən ölkədə belə yolverilməz təcrübəyə reaksiya verməyə çağırırıq”

“Azərbaycan hökuməti iyul ayının əvvəlindən hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə və onların tərəfdarlarına qarşı misilsz təzyiq və təqib kampaniyasına başlayıb”.

Bu açıqlamanı “Turan İA”-a “Sərhədsiz Reportyorlar”ın təmsilçisi Yoxan Bir verib.

O, bildirib ki, Avropa Şurasına 47 üzv-ölkə sırasında ən repressiv ölkə olmasına baxmayaraq Azərbaycan eyni zamanda Avropa Şursı Nazirlər Komitəsinə sədrlik etməyə başladı. Adı çəkilən müddət ərzində hakimiyyət təkcə yerli təşkilatlara təzyiq göstərməklə kifayətlənmir.Belə ki, ABŞ-ın İREX təşkilatı da daxil olmaqla 10-larla QHT-lərin hesabları dondurulub. Reportyorların Azadlığı və Təhlükəsizliyi,  Media Hüquqları institutları rəhbrlərinin şəxsi hesabları da daxil olmaqla bu qurumların hesablarına həbs qoyulub: “Avqustun 6-da RATİ rəhbəri Emin Hüseynova ölkədən çıxmağa imkan verilməyib və avqustun 8-dən etibarən onunla əlaqə kəsilib. Hakimiyyət bu QHT-nin ofisini möhürləyib və bütün sənəd və avadanlığını müsdirə edib. Belə düşünmək olar ki, Azərbaycan hakimiyyəti ölkədə sonunsu tənqidi səslərə öldürücü zərbə endirmək qərarına gəlib”.

“Biz beynəlxalq birliyi mümkün olduqca tez halda Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən ölkədə belə yolveriməz təcrübəyə reaksiya verməyə çağırırıq. Azərbaycan hakimiyyətinin fəaliyyəti qalan müstəqil səsləri boğmamış dayandırılmalıdır”- deyə “Sərhədsiz Reportyorlar”ın təmsilçisi söyləyib.

Yoxan Bir daha sonra deyib: “Diqqəti cəlb edən budur ki, hakimiyyət təkcə jurnalistlərin özlərini deyil, qohum və yaxınlarını da təqib edir: ““Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziyasının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov Sabirabadda narkotika ittihamı ilə saxlanıb”.

“Bundan əvvəl avqustun 2-də saxta ittihamla tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov həbs edilib. İyulun 30-da  tanınmış digər hüquq müdafiəçisi Leyla Yunus, daha sonra həyat yoldaşı Arif Yunus həbsə alınıblar. Avqustun 8-də tanınmış vəkil İntiqam Əliyev də eyni taleyi yaşayıb. Daha əvvəl isə tanınmış jurnalist Rauf Mirqədirov  casusluq ittihamı ilə həbsə alnmışdı” – deyə o, fikrini bitirib.

Ana səhifəXəbərlər“Sərhədsiz Reportyorlar” həyacan təbili çalır